Şoubiz Xəbərləri (video)

  • Amerikanın səsi

Bryus Vils ötən həftə sonu siyahısına daha bir xanımı əlavə edib.

Belə ki, “Die Hard” filminin ulduzunun dördüncü qızı həyata gəlib. Əslində bu onun ikinci evliliyindən birinci uşağıdır. Onun hal-hazırkı həyat yoldaşı Emma Heminq körpəni aprel ayının biri dünyaya gətirib. 4 kiloqram çəkisi olan Mabel Ray Vils və onun anasının səhəti yaxşıdır. Brusla Emmanın sevinclərinin həddi hüdudu yoxdur. Lakin 57-di yaşlı aktyor etiraf edib ki, 2009-cu ildə Emma ilə münasibət yaratmağa başlayarkən bir daha ata olacağına əmin deyildi.

Eşton Kutçer Apple şirkətinin yaradıcısı, əfsanəvi Stiv Cobsın həyatına həsr olunmuş bioqrafik filmdə baş rolda çəkiləcək.

“Sadəcə Cobs” filmi texnologiya dahisinin həyatından bəhs edir. Ola bilsin ki, Eştonla Apple şirkətinin mərhum rəhbəri Stiv Cobsın cavanlıq həyatları arasında hansısa oxşarlıqlar var. Hər halda layihənin may ayında həyata keçirilməsinə başlanacaq. Hollywood Reporter veb səhifəsinə istinadən filmStiv Cobsın şimali Koralinada yaşadığı hippi həyatından Apple kimi bir şirkətin rəhbəri və yaradıcısı səviyyəsinə qalxmasından bəhs edir. That 70`s Show serialından sonra bu layihə bu günə kimi Eşton Kutçerin ən yadda qalan, həm də qeyri komik rolu olacaq. Stiv Cobsın pərəstişkarlarının Eşton Kutçerin filmdə dahi Stiv Cobsın rolunu ifa etmə xəbərinə münsaibət qarışıq olub.

Görüşmələri təsdiqlənməmiş Zoe Saldana və Bredli Kuper artıq ayrılırlar.

Artıq altı ay idi ki, cütlüyün görüşdükləri haqdə şaiələr gəzirdi. Lakin bir mənbə Us Weekly jurnalına onların artıq bərabər olmadıqlarını bildirib. Zoe və Bredli “Words” filminin çəkilişlərində tanış olublar. Bundan sonra onların yeni il axşamını bərabər keçirdikləri barədə xəbər yayılıb. Aktrisanın noyabr ayında Keyt Brittondan ayrılmasını nəzərə alsaq belə düşünmək olar ki, Bredli sadəcə olaraq ona Keyti unutmağa kömək edib.