Şoubiz Xəbərləri (video)

  • Amerikanın səsi

Rassel Brandın həbsinə order verilib

Həyat yoldaşı Keyt Perridən ayrıldığı və yeni bir qadınla görüşdüyünü nəzərə alanda fotoqrafçıların Rassel Brendi qarabaqara izləməsi təəccüblü deyil. Ekran ulduzu Luiziyana ştatının Yeni Orlean şəhrinin polisi tərəfindən axtarılır. Qərar onun paparazzinin iPhone-nunu əlindən alıb hüquq məsləhətxanasının pəncərəsinə atmasından iki gün sonra çıxarılıb.Ehtimala görə, Rassel Brand paparazzi onun şəklini çəkmək istəyən vaxt belə reaksiya göstərib.

Polis dərhal hadisə yerinə gəlib. TMZ-yə istinadən ,əmlaka zərər dəydiyinə görə ona qarşı xuliqanlıq ittihamı irəli sürülüb. Deyilənə görə, Brandin adamları hüquq məsləhətxanasının nümayəndələri ilə əlaqə saxlayaraq sındırılmış şüşənin pulunu ödəməyə vəd edib. Rassel insidenti təsdiqləyib və zarafatyana deyib ki, Stiv Cobsun ölümündən sonra o, adamların iPhone-dan düzgün iştifadə etməməsinə göz yuma bilmir. Son məlumata görə Rassel polis məntəqəsində cəmi bir saat vaxt sərf etdikdən sonra buraxılıb.

"Seeking Justice" filmindən fraqmentlər

Xoşbəxt ailə qurmuş cütlüyün həyatı bir insident nəticəsində alt-üst olmağa başlayır. Yoldaşı Laura bir gecə işdən evə qayıtmaq üçün avtomobilinə oturan an dəhşətli hücuma məruz qalır.

Xəstəxanada həyat yoldaşının vəziyyəti barədə xəbər gözləyərkən Vilə Simon adlı bir nəfər yaxınlaşaraq ona təhrikləndirici təklif edir.

Simon Vilə onun həyat yoldaşına hücum edən şəxsdən qisas almağı öz boynuna götürməyi təklifi edir. Lakin bu yaxşılığın əvəzində Vil gələcəkdə Simon üçün bir iş görməlidir.

Kədərli və üzgün Vil təkliflə razılaşır və özü də bilmədən qeyri-qanuni, təhlükəli bir əməliyyata qoşulur. Nəhayət həyat yoldaşından həqiqəti gizlətməyə çalışan Vil anlayır ki, onun ədalət axtarışı təhlükəli və ölümcül sonluqla nəticələnə bilər.