http://www.youtube.com/embed/mk9mS5uKhOQ
Kardaşyanlar ailəsi Shoedazzle adlı şirkətlərində uşaqları az məvacibə uzun saatlar işlətməklə əlaqədar ittihamlara cavab veriblər.
Star Magazine`s jurnalında çıxan “Kardashian Sweatshop Scandal” başlıqlı məqaləsindən məlum olur ki, Qlobal Əmək təşkilatı və İnsan Haqları qrupu reality Televiziya ulduzunun ailəsinə rəsmən müraciət edərək ailəni qul işçi qüvvəsindən mənfəətlənməməyə çağırıb.
Jurnal təşkilatın rəhbərinə istinadən yazıb ki, Kardaşyan ailəsi çox pis adamlarla iş birliyində bulunurlar. Lakin sonra o, TMZ-yə heç vaxt Çində olmadığını və ehtimalların yalnız illər uzunu sürən təhqiqatlara əsaslandığını deyib.
Kim Kardaşyanın anası Kris Cenner və onun istehsal şirkəti şirkətdə uşaqların qul kimi işlədilməsini təkzib edib və deyib ki, onların şirkətdə bu kimi hallara nəzarət edən adamları var.
“The Artist”
Bu il Hollivudun diqqət cəlb edən filmlərindən biri də Mişel Hazanavikusun “The Artist” filmi oldu. Bu rəngsiz, ağ-qara və səssiz romantik film 1920-ci illərdə çəkilib.
Səssiz filmlərdə çəkilən Corc Valentin 1920-ci illərin Hollivud ulduzu idi. Onun iti də Amerikada çox sevilərdi.
O vaxtlar çox sayda pərəstişkarı onunla yaxınlıq etmək istəyərdi. Onlardan biri də Peppi Miller adlı bir gənc idi ki, aktyorla bəzi məclislərdə görüşərdi.
Valentinin filmlərindən birində rəqqasə kimi çıxışından sonra Peppi tanınmağa başlayıb. Səsli filmlərin meydana çıxması isə Peppini daha da məşhurlaşdırır. Təəssüflər olsun ki, yeni texnologoya Corc Valentinin həyatını tam dəyişir. Səsinin olmaması səbəbindən onun yerinə səhnə arxaslından səs çıxarılırdı. Beləliklə, Valentinin pərəstişkarları ona yox onun həyat yoldaşına üz tuturlar.
Fransa rejissoru Mişel Hazanavikus “Artist” filminin məhəbbət hekayəsi və şöhrətin gətirdiyi dərd-bəla haqda olduğunu deyir. Başlıca məqsəd isə film vasitəsilə 1920-30-cu illər Hollivud həyatı ilə tanışlıqdır.
Michel Hazanavicius: “Filmdə mən Amerikanın ruhunu nümayiş etdirməyə çalışırdım. Çünki hadisələr burada, Hollivudda baş verib və mən buradakı həyatı göstərməklə yanaşı, insanları düşündürməyə çalışdım.”
Rejissor filmdə məhəbbət, sədaqət və hiddəti nümayiş etdirib. Filmdə Corc Valentin obrazını fransız aktyoru Jan Duyardin, onun həyat yoldaşı Peppi rolunu isə Berenis Beyo ifa edir. Valentinin şöhrətdən düşdükcə, Miller ulduza çevrilir. Duyardin müıyyən mənada xudbin amma şərəfli Valentin obrazını canlandırır. Qüruru onu yardım diləməkdən saxlayır. Duyardin köhnə Hollivud artistlərinin ona ruh verdiyini deyir.
Jean Dujardin: “Duqlas Feyirbanks. Mən onun ifasında çox filmə baxmışam. Cin Kelli məni gülümsəməsi və enerjisi ilə, Vittorio Qassman fiziki, Klark Qeybl isə bığları ilə özlərinə cəlb edirlər.”
Peppi Miller kimi gülümsər və füsunkar aktrisa Berenis Beyo həyatda rejissor Mişel Hazanavikusun xanımıdır. Ulduz Peppi Miller Valentinə aşiqdir və onun düşməsi Peppiyə əzab verir. Peppi onu yenidən öz mövqeyinə qaytarmağa çalışır və nəhayət onun həyatını xilas edir.
“Artist” filmi artıq altı dəfə “Qızıl Qlobus” mükafatına layiq görülüb. Onun “Oskar” mükafatına da nominasiya ediləcəyi gözlənilir.