1 otaqlı evdə yaşayan ailə

Your browser doesn’t support HTML5

Pərvanə Nəcəfova məcburi köçkündür. O, 5 uşağı ilə bir otaqlı evdə yaşayır. İllərdir şəraitsiz evdə yaşayan Pərvanə Nəcəfova deyir ki, hansı dövlət qurumuna müraciət etsə də probleminə çarə tapa bilmir. Ailədə heç kim işləmir, dolanışıqlarını dəmir yığıb satmaqla qarşılayırlar. Özü və qızı koronavirusla bağlı ayrılan birdəfəlik 190 manat sosial yardıma müraciət etsələr də özünə imtina gəlib, qızına isə heç bir cavab verilməyib. O deyir ki, imkansızlıqdan övladlarından heç biri məktəbə getməyib.