Dövlət Təhlükəsizliyi Xidməti insan orqanları alveri ilə məşğul olan şəbəkəni ifşa edib

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) insan orqanları alqı-satqısı ilə məşğul olan şəbəkəni ifşa etdiyini bildirir.

Bu barədə DTX-nın martın 15-də yaydığı məlumatda yazılır.

Məlumata görə, Azərbaycan vətəndaşı Vahib Xudadatov cinayət məsuliyyətinə cəlb olunub.

"Məhkəmə V.Xudadatov barəsində həbs-qətimkan tədbiri seçib. V.Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb edilib. Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüb. Hazirda istintaq-əməliyyat tədbirləri davam etdirilir", məlumatda vurğulanır.

DTX bildirir ki, insanları orqan transplantasiyasına vadar edən transmilli şəbəkənin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında cinayət işi başlanıb, araşdırmalar aparılır.