ABŞ federal təhqiqatçıları Oreqan ştatındakı kollecdə qətlləri həyata keçirən şəxsə məxsus 13 silah ələ keçirib. Onlardan 6-sı məktəbdə, 7-si isə həmin şəxsin evində aşkar edilib.
"Bütün silahla qanuni yolla alınıb və eyni silah satan şirkətinə məxsus olub," deyə Spirtli İçki, Tütün, Silah və Partlayıcılar Bürosunndan Selinez Nunez bildirib. O, mətbuat konfransında deyib ki, silahların hamısını onun özü tərəfindən alınmayıb.
Umpqua Kollecində ələ keçirilən silahlardan 5-i tapança, 1-i isə tüfəng olub.
-------------
Təhqiqatçılar ABŞ-ın Oreqon ştatının ucqar cənub bölgəsində silahlı şəxsin yerli kollecdə qatliyam törətməsinin səbəblərini araşdırmağa çalışır.
Douglas rayonunun şerifi Con Hanlin jurnalistlərə bildirib ki, təhqiqatçılar bu gün səhər Umpqua Kollecində və bütün geceni isə hücumçunun kellecin yanında olan evində axtarış aparıblar.
Halnin CNN-ə bildirib ki, təhqiqatçılar bütün gecəni onun qonşuları və dostları ilə əlaqə qurmağa və hadisə yerindən dəlillər toplmağa çalışıblar.
-------------
Cümə axşamı ABŞ-ın Oreqon ştatında yerləşən kollecdə doqquz nəfərin ölümü ilə nəticələnən silahlı hücumun şahidləri silahlı şəxsin xristianları hədəf aldığını bildirir.
Rəsmilər deyir ki, ağır silahları olan hücumçu səhər saat 10:30 radələrində Umpuqua Kollecinə daxil olub və insanlara atəş açaraq öldürməyə başlayıb. Daha sonra o özü polislə atışma nəticəsində aldığı güllə yarası nəticəsində keçinib.
Hadisənin ən azı iki şahidi silahlı şəxsin insanlara atəş açmadan öncə onlardan xristian olub-olmadıqlarını soruşub. Hüququ mühafizə orqanları silahlı şəxsin 26 yaşlı Kris Harper Merser olduğunu müəyyən ediblər.
Duqlas qraflığının şerifi Con Hanlin cümə axşamı müxbirlərə verdiyi açıqlamada, atışma ilə bağlı əraflı məlumatlar bölüşüb, lakin jurnalistləri silahlı şəxsin adından istifadə edərək onu lüzumsuz yerə təbliğ etməmələrinə çağırıb.
Hadisəyə qəzəblənən ABŞ prezidenti Barak Obama atışmadan bir neçə saat sonra hadisə ilə bağlı çıxış edib. O, Amerika xalqından “sağlam” silah qanunları qəbul etmələri üçün Konqresə təzyiq göstərməsini istəyib. Obama bildirib ki, qanuna riayət edən silah sahibləri də daxil olmaqla, əksər amerikalılar daha sərt silah qanunlarının qəbul edilməsi tərəfdarıdır.
Onun sözlərinə görə, amerikalılar ABŞ-da tez-tez baş verən kütləvi qətllərə, bu məsələ ilə bağlı Ağ Evin bəyanatlar verməsinə, sonra isə daha sərt silah qanunlarının əleyhinə çıxış edənlərin cavablarına öyrəşiblər.
Obama seçicilərdən gələn il keçiriləcək prezident seçkilərində daha sərt silah qanunlarını dəstəkləyənləri və dəstəkləməyənləri yaddaşlarında saxlamalarını istəyib.