“Silahlı Qüvvələr haqqında” yeni qanun layihəsi ikinci oxunuşda qəbul edilib

Hərbi təlim

Dekabrın 15-də Azərbaycan Milli Məclisinin (parlament) plenar iclasında "Silahlı Qüvvələr haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı müdafiə nazirinin hərbiçi və ya mülki şəxs olması ilə bağlı mübahisə yaranıb.

"Hesab edirəm ki, ordunun başında peşəkar hərbiçi durmalıdır. Çünki ölkəmiz müharibə vəziyyətindədir. Bəzi ölkələrdə müdafiə naziri mülki şəxsdir, buna görə bizdə də bəziləri bunun lehinə çıxış edir.

Milli Məclis

Amma müharibə vəziyyətində olan ölkənin qanununda belə bir norma olmamalıdır", iqtidarda olan Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib.

O hesab edir ki, mətbuat ordu haqqında hərbi qurumun rəsmi məlumatlarından başqa məlumatlar dərc etməməlidir.

Novruzov həmçinin orduya parlament və vətəndaş nəzarətinə qarşı çıxıb.

O, silahlı qüvvələrə nəzarətin Ali Baş Komandan tərəfindən həyata keçirildiyini bildirib.

Öz növbəsində, deputat Qüdrət Həsənquliyev media tərəfindən ordunun fəaliyyətinin yalnız rəsmi məlumatların dərc edilməsi ilə məhdudlaşması ideyasına qarşı çıxıb.

Onun fikrincə, peşəkar mətbuat və jurnalistlər Silahlı Qüvvələr haqqında yazmalıdır.

“Mətbuat ordudakı problemlər haqqında yazmasa, bu problemlər yalnız artacaq”, deputat qeyd edib.

Müdafiə nazirinin müavini Kərim Vəliyev deyib ki, mətbuat ordunun fəaliyyətini işıqlandırarkən diqqətli olmalıdır.

"Bu, çox həssas məsələdir. Biz müharibə şəraitindəyik. İstənilən mənfi hal düşmən təbliğatında bizə qarşı işləyəcək", Vəliyev bildirib.

Beləliklə, parlament "Silahlı Qüvvələr haqqında" yeni qanun layihəsini ikinci oxunuşda qəbul edib.

“Azərbaycan Silahlı Qüvvələri haqqında" ilk qanun 1991-ci ilin oktyabrında qəbul edilib.

Naxçıvanda Azərbaycan və Tükiyə hərbi təlim keçirir

Parlamentin ikinci oxunuşda qəbull etdiyi yeni qanun layihəsi Azərbaycan Silahlı Qüvvələrinin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.

Sənəddə deyilir ki, Silahlı Qüvvələr Azərbaycanın silahlı müdafiəsi, xarici təcavüzün dəf edilməsi, Azərbaycanın Hərbi doktrinasında nəzərdə tutulmuş məqsədlərin reallaşdırılması, habelə ölkənin təhlükəsizliyinin və milli maraqlarının təmin edilməsi, dövlət quruluşunun, suverenliyinin, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması, dövlət sərhədinin mühafizəsi, səfərbərlik və hərbi xidmətə çağırış, mülki müdafiənin təşkili, dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və mühafizə olunan obyektlərin qorunması, məhkumların və həbsdə saxlanılan şəxslərin müşayiəti və mühafizəsi üzrə xüsusi vəzifələrin yerinə yetirilməsi üçün dövlət tərəfindən yaradılır.

Silahlı Qüvvələrin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsi müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə Milli Məclisinin qərarına əsasən həyata keçirilir. Silahlı Qüvvələrin fəaliyyətinə ümumi nəzarəti Silahlı Qüvvələrinin ali baş komandanı həyata keçirir.