Birləşmiş Ştatlarda qadınlar kişilər üçün nəzərdə tutulmuş bir sıra döyüş mövqelərində xidmət göstərə biləcək. Hərbi rəsmilər 2016-cı ilədək qadınların ön cəbhələrdə xidmət göstərmələri üçün minlərlə iş yerləri barədə planları çərşənbə günü bəyan edib.
ABŞ ordusunda daha geniş hərbi xidmətlərdə qulluq etmək üçün ordu sıralarına qoşulan amerikalı qadınların sayı artmaqdadır. İraq və Əfqanıstan müharibələrində qadınlar həmişə olduğundan daha çox ön cəbhədə xidmət göstərməyə başlayıb və onların əksəriyyəti döyüş meydanında həlak olub.
Rəsmilər bir və ya iki ildən sonra qadınların Ordu Rencerləri və Hərbi Dəniz Donanmasının Xüsusi ordusunda xidmət göstərmək üçün təlim keçə bilcəklərini deyib.
ABŞ ordu generalı Hovard Bromberq deyib ki, bütün mövqelər gender neytrallığı ilə nəzərdən keçiriləcək. O, qadın və kişi əsgərlər üçün eyni standartların tətbiq ediləcəyini deyib.