İnsidentin səbəbləri bilinmir. Gülaıyev böyük həcmdə korrupsiya faktının üstünü açan təçkilatın koordinaoru, müxalifətin prezidentliyə namizəd Cəmil Həsənlinin mətbuat mərkəzinin rəhbəridir
Sentyabrın 23-də axşam Azərbaycan vətəndaş cəmiyyəti fəalı Oqtay Gülalıyevin oğlu Əli Gülalıyevə hücum edilib. 4-5 nəfər gənc 16 yaşlı Əlini döyüb və iki bıçaq xəsarəti yetiriblər. Gəncin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Turan-a məlum olub ki, hadisə saat 22.00 radələrində Gülalıyevlərin yaşadığı NZS qəsəbəsində baş verib. Əli Gülalıyev sinif yoldaşından dərsliyi almaq üçün evdən çıxıb. Qayıdarkən evlərindən təxminən 100 metr məsafədə 4-5 gənc ona hücum edib, onu döyməyə başlayıb, sol əlinə və sol buduna iki bıçaq xəsarəti yetirib.
Çox qan itirən gənci təsadüfən yoldan keçənlər evə gətiriblər. Nüfuz edən bıçaq yaralarının dərinliyi 12 sm təşkil edib.
Gənc dərhal xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.
Xətai rayon 37-ci polis bölməsi tərəfindən araşdırma aparılır.
Cinayətin motivləri hələlik məlum deyil. Bəzi ekspertlər hesab edirlər ki, cinayətlərin xarakteri və ölümcül təhlükəli xəsarətlərin yetirilməməsi xəbərdarlıq işarəsidir.
O.Gülalıyev 2010-cu il Kür zonasında daşqının və 2012-ci ildə Zaqatala rayonunda zəlzələnin nəticələrinin aradan qaldırılması zamanı yol verilmiş korrupsiya faktlarının üstünü açan “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatorudur.
O.Gülalıyev həmçinin “Siyasi məhbuslarsız Azərbaycan” ictimai alyansının üzvü və Demokratik Qüvvələrin Milli Şurasından prezidentliyə vahid namizəd Cəmil Həsənlinin mətbuat mərkəzinin rəhbəridir.