Oqtay Gülalıyevin həyat yoldaşı: "Həkimlər Oqtay bəyin vəziyyəti ilə bağlı heç bir proqnoz verə bilmir"
Your browser doesn’t support HTML5
Bir müddət əvvəl hüquq müdafiəçisi Oqtay Gülalıyevın ailəsi onun müalicəsini Bakıda ev şəraitində davam etdirmək qərarını verib. Buna əsas səbəb isə, hadisədən sonra bu günədək məhkəmə proseslərinin aparılmaması olub.
Oqtay bəyin həyat yoldaşı Amerikanın Səsinə onun indiki vəziyyəti haqda danışıb. O deyir ki, Gülalıyevin ümumi vəziyyəti yaxşı olsa da, şüuru hələ də qapalıdır və həkimlər bu barədə heç bir proqnoz verə bilmir.