Oqtay Gülalıyevi vuran şəxsə hökm oxundu
Your browser doesn’t support HTML5
Yanvarın 25-də Bakının Nəsimi Rayon Məhkəməsində hüquq müdafiəçisi Oqtay Gülalıyevi avtomobil vurması ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Oqtay Gülalıyev 2019-cu ilin oktyabr ayının 29-da Bakıda, piyada keçidinin üzərində avtomobillə vurulub. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində o, kəllə-beyin travması alıb və bir neçə saatdan sonra komaya düşüb. Cərrahi əməliyyat yalnız növbəti gün həyata keçirilib və mütəxəssislərin rəyinə görə, bu müddətdə beyinə qan sızması artıb.
Fakt üzrə Cinayət Məcəlləsinin 263.1.1ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi qaldırılıb. O.Gülalıyevi vuran avtomobilin sürücü qəzanın ehtiyatsızlıqdan baş verdiyini deyib.
Sonradan Heydər Əliyev Fondu onun Türkiyədə müalicəsinə köməklik edib və orada o daha bir neçə əməliyyat edilib. Gülalıyev ötən il noyabrın 8-də Bakıya gətirilib. Onun müalicəsi ev şəraitində davam etdirilir.