Oqtay Gülalıyevin müalicə xərclərini qarşılamaq məqsədi ilə marafon keçirilir

Your browser doesn’t support HTML5

Dekabrın 13-də hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsinə kömək məqsədi ilə Müsavat Partiyasının qərargahında marafon keçirilib. Təşkilatçı Rüfət Səfərov marafonun bundan sonra da davam etdiriləcəyini deyib. Hüquq müdafiəçisi Oqtay Gülalıyev oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb və komaya düşüb. Noyabrın 19-da hüquq müdafiəçisi İstanbulda yerləşən "Amerika xəstəxanası"na (Amerikan Hastanesi) köçürülüb. Marafona ictimai-siyasi xadimlər, partiya liderləri, hüquqşünaslar, jurnalistlər, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyətinin nümayəndələri də qatılıb.