Opioid dərmanlar narkomaniyaya geniş yol açıb [Video]

Your browser doesn’t support HTML5

Son 20 ildə Birləşmiş Ştatlarda opidoid – tərkibində narkotik maddə olan dərmanlara asılılıq artıq epidemiya halını alıb ki, bu da həmin dərmanların qanuni və ya qanunsuz alverinə yol açıb. Tərkibində narkotik maddələr olan ağrıkəsicilər və ya opioidlər səbəbindən minlərlə insan dünyasını dəyişib. Lakin tədqiqatçılar hələ də bu epidemiyanın gəns nəslin həyatına hədə olduğuna dair araşdırmalar aparmır.

Vikodin və Oksikodin kimi brend ağrıkəsici dərmanlar əsasən də Birləşmiş Ştatlarda olmaqla, narkomaniyaya geniş yol açıb. Bu dərmanların tərkibində opioidlər və ya narkotik maddələr var. Həkimlərin bərk ağrıların qarşısını almaq üçün təyin etdikləri bu dərmanlar insanlarda asılılığa gətirib çıxarır.

Biləşmiş Ştatlarda reseptlə verilən opioidlərə tələbat son 20 ildə 4 dəfə artıb. Yel universitetindən Culi Qeyter: “Opioid epidemiyası çox sürətlə artır. Əslində bu, 1990-cı illərdə, həkimlərə xroniki ağrıların qarşısının alınmasına dair göstəriş verildikdən sonra başladı. 2014-cü ildə isə reseptlə verilən opioid dərmanları təxminən 19 min insanın həyatına son qoydu.

Məşhur müğənni Prinsin ölümünə səbəb təsadüfən normadan artıq qəbul etdiyi opioid dərmanı oldu. Xəstəliklərə Nəzarət Mərkəzinin bildridiyinə görə, opioidlərdən yüksək dozada istifadə Amerikada hər gün 48 nəfərin ölümünə səbəb olur.

Yeni araşdırmaların nəticələri son 16 ildə 13 mindən çox uşaq və yeniyetmənin opioid zəhərlərnməsindən xəstəxanaya düşdüyünü göstərib. “Biz 1997-ci ildən 2012-ci ilə qədər opioddən zəhərlənmənin iki dəfə artdığını, eləcə də, xəstəxanaya daha çox 15-lə 19 yaşlar arasındakı gənclərin düşdüyünü müşahidə etmişik. Xəstəxanaya aparılan uşaqların yaşı isə 1-lə 4 arasındadır.”

Alimlər bu dərmanların reseptlə verilməsi, qablaşdırılması və tullanması qaydalarının dəyişdirilməli olduğunu deyirlər.