Operation Finale - Mossadın dramatik Cənubi Amerika əməliyyatı [Video]

Your browser doesn’t support HTML5

İsraillilər ''Son Həll'' planının memarı Adolf Eixmanın Argentidanada gizləndiyinə dair məlumat əldə etdikdən sonra onu gizli şəkildə qaçırdaraq ədalətə təslim etmək üçün plan hazırlayır. Həmin dövrdə Argentina çox sayda alman nasistinə sahib çıxdığı üçün İsrail ekstradisiya tələbinin yerinə yetəcəyinə ümid etmirdi.

Peter Malkinin başçılığı altında Mossad Eixmanı ələ keçirərək onu sığınacağa aparır. Burada Malkin vəhşi kimi gördüyü insanı anlamağa çalışır.

Ser Ben Kinqsley Amerikanın Səsinə bildirib ki, onun ''həssas və insani Adolf Eixman'' obrazı dünyadakı ən dəhşətli cinayətləri hansısa mifik canavarlar yox gündəlik qarşılaşdığımız insanlar tərəfindən həyata keçirildiyinin xəbərdarlığıdır. O illər əvvəl başına gələn və bu rolu oynamaq qərarını verməsinə səbəb olan hadisəni nəql edir.

"Mən yəhudi jurnalistlə Sinaqoqun həyətində dayanmışdım. Bir macar yaxınlaşaraq bizim orda nə etdiyimizlə maraqlandı. Biz ona Şimon Visentalın həyatı haqqında film çəkdiyimizi dedik. O isə cavabında ''Ax siz yəhudilər. Biz bu haqda sakit olmalısınız. Çünki, bu heç zaman baş verməyib və əgər siz sakit olmasanız bu yenidən baş verəcək.'' - dedi. Təsəvvür edirsiniz? Mən təmamilə şok vəziyyətdə idim.'' - deyə, o bildirib.

Oskar İsaak bacısı və uşaqları nasistlər tərəfindən qətlə yetirilən, lakin buna baxmayaraq Eixmana qarşı xeyirxahlıq göstərərək onu əməkdaşlığa razı salmağa çalışan Peter Malkin rolunu ifa edir.

"Sanki Malkin Eixmanı insanlığın həqiqiliyinə inandıra bilir ki, əgər biz sənin kimi olsaydıq, sən hazırda ölmüş olardın.'' - deyə, Oskar İsaak qeyd edib.

Filmin Vaşinqtonda yerləşən Holokost muzeyində keçirilən premyerasında iştirak edən ssenarist və tarixçi Metyu Horton bildirib ki, Eixmanın İsraildəki məhkəməsi yəhudi xalqı üçün əhəmiyyətli bir an idi.

"Məhkəmə onlara yas tutmağa, İsrailli olmağın nə demək olduğunu, yəhudilərə nə baş verdiyini, sürgünlüyün necə bir şey olduğunu anlamağa imkan verdi. Əgər dünyada hələ də bunun baş verdiyinə inanmayan insanlar varsa bizim indi harda olduğumuza bir baxın. Bu hadisə dönüş nöqtəsi idi və milli katarsisin baş verməsinə səbəb oldu.