Neft ixrac edən ölkələr təşkilatı OPEK neft istehsalının ixtisar edilməyəcəyini bəyan edib. Bu isə öz növbəsində yanacaq qiymətlərinin azalmasına səbəb olub.
Vyana görüşü zamanı OPEK-in neft nazirləri gündəlik 30 milyon barrel neft istehsalının saxlanmasına qərar verib.
Dünyada yanacaq qiymətləri son 4 il ərzində ən aşağı səviyyəsinə enib.
İyun ayından bəri yanacaq qiymətləri 30 faiz düşüb.