Koronavirusun omikron variantı artıq 40 ölkəyə və ABŞ-ın 50 ştatından 16-a yayılıb, lakin ABŞ hökumətinin yüksək səviyyəli səhiyyə rəsmiləri bazar günü deyib ki, onlar bu variantın ona yoluxan insanların sağlamlıqlarına təsirlərinin şiddətindən əmin deyillər.
“Belə görünür ki, onun şiddəti yüksək deyil,” ABŞ-ın yoluxucu xəstəliklər üzrə baş eksperti Dr. Antoni Fauçi CNN-də “State of the Union” verilişində bildirib.
Lakin o deyib ki, “hər hansı bir qərar vermədən bir az gözləməliyik."
ABŞ-ın Milli Sağlamlıq İnstitutunun direktoru Dr. Fransis Kollins də tərəddüdünü ifadə edib və NBC kanalının "Meet the Press" verilişində deyib ki, "Bu, digər variantlardan daha az təhlükəlidirmi? Alimlər 24/7 buna cavabı tapmağa çalışırlar."
ABŞ Prezidenti Co Bayden Birləşmiş Ştatlardan Afrikanın cənubunda səkkiz ölkədən uçuşlara qadağa tətbiq edib. Bazar ertəsindən etibarən Birləşmiş Ştatlara səyahət edən insanların səfərlərindən bir gün öncə mənfi COVID-19 testləri olmalıdır.
ABŞ-da bəzi ekspertlər bildirir ki, yaxınlarda ABŞ-da daxili uçuşlarda da test tələb oluna bilər, lakin Kollins deyib ki, bu “son dərəcə çətin” olacaq. Kollins əlavə edib ki, o, bu tələbin koronavirusun ölkədə yayılmasının nə dərəcədə qarşısını alacağını bilmir.
Kollins deyib ki, “biz” beynəlxalq səyahət məhdudiyyətlərini tətbiq etməklə “doğru iş görmüşük”.
Omikron variantı ABŞ-da sürətli şəkildə yayıldığı bir vaxt, ilk dəfə vaskin olunan insanların sayı artıb və cümə axşamı son altı ayda yüksək həddə çatıb. Buna rəğmən hələ də 60 milyon insan müxtəlif səbəblərdən dolayı hələ də vaksin vurdurmayıb.
Cənubi Afrikada omikron variantı delta variantından ikiqat sürətli şəkildə yayılır.
Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, pandemiya ABŞ-da 21 ay öncə yayılmağa başladığı zamandan bəri COVID-10 səbəbilə 784 min ölüm və 48.9 milyon koronavirus halı qeydə alınıb. Bu isə dünya ölkələri arasında ən yüksək göstəricidir.