Soyuq hava şəraiti Pxençxanda keçirilən Qış Olimpiya Oyunlarında bəzi cədvəl dəyişikliklərinə səbəb olub.
Bazar ertəsi güclü əsən küləklər və aşağı temperatur səbəbindən qadınlar arasında xizəklə sürüşmə yarışının başlanmasına təxminən üç saat qalmış yarış təxirə salınıb. Bunun ardınca bazar gününə nəzərdə tutulmuş kişilər arasında xizək yarışı da təxirə salınıb.
Hər iki yarış cümə axşamı fərqli yerlərdə keçiriləcək.
Güclü küləklərə baxmayaraq, amerikalı Ceymi Anderson Olimpiya Oyunlarında qadınlar arasında keçirilən snobordinq yarışında qızıl medalın qalibi olaraq titulunu qoruyub saxlayıb. Ceymi hava şəraitinin pis olmasına baxmayaraq, bir neçə maneələr və hündürlükləri dəf edə bilən az sayda iştirakçılardan biri olub. Kanadalı Lauri Bloun final xəttinə ikinci, finlandiyalı Enni Rukajarvi isə üçüncü gəlib.
Kanada ulduzlar Tessa Virtu və Skott Moirin başçılığı ilə komanda şəklində keçirilən fiqurlu sürüşmə yarışında qızıl medala sahib olub.
Bu yarışda Rusiya gümüş, Birləşmiş Ştatlar isə bürünc medala layiq görülüb.