BOK: Risiya idmançılarının Rio oyunlara buraxılmamasına idman federasiyaları qərar verməlidir

Beynəlxalq Olympiya Komitəsi Rusiya idmançılarının hamısının Rio Olimpiadasından kənarlaşdırılmamasına qərar verib.

BOK qərarını bu gun açıqlayıb. Komitə bildirib ki, Risiya idmançılarının oyunlara buraxılmamasına idman federasiyaları qərar verməlidir.

Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiyasiyası bildirib ki, dövlət səviyyəsində dopinqdən təmizləmə səyləri kifayət olmadığı üçün Rusiyanın öz idmançılarını Rio Olimpiadasına göndərməsinə icazə verilməyəcək.

Rusiyanın idman rəsmiləri və ictimaiyyət Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiyasiyasının rusiyalı idmançıların Rio de Janeyroda Olimpiya oyunlarında iştirak etməlsinə qadağa qoymaq barədə qərarından təəssüf hissi keçirdiklərini bildirib.

Dünya Anti-Dopinq Təşkilatı az əvvəl Rusiya idmançılarının 2014-cü il Soçi Olimpiya oyunlarında dopinqdən geniş istifadə etdiklərinə dair müstəqil hesabat yayıb.

Rusiya rəsmiləri dövlət səviyyəsində idmançıların dopinqlə təmin edilməsi barədə məlumatları rədd edir və yalnız dopinqdən istifadə edənlərin cəzalandırılmalı olduğunu bildirir.