ABŞ-ın ən böyük hərbi məzarlığı - Arlinqton Milli Qəbiristanlığı
Amerikana proqramının bu həftəki buraxılışında ABŞ-ın ən böyük hərbi mərazlığından və müharibədə həlak olan əsgərlərin xatirəsinin anılmasından söhbət açırıq. Hər il may ayının sonuncu həftəsinin bazar ertəsi ABŞ-da Xatirə Gününü qeyd edilir. Həmin gün amerikalılar burada – Arlington Milli Qəbiristanlığında dəfn edilən 360 min hərbçinin qəbrini ziyarət edir. Xatirə günündən əvvəl isə ABŞ əsgərləri paytaxt Vaşinqtonun bir addımlığında yerləşən bu hərbi məzarlıqdakı qəbir daşlarının önünə Amerika bayraqları basdırırlar.
Ordu polkovniki Ceyms Markert təxminən 6 il əvvəl İraq müharibəsində həlak olan Kristofer Hendersonun məzarı üzərinə bayraq taxır. Hendersonun xanımı Cennifer və qızı o öləndən bəri hər il buraya gəlir.
Köhnə Qvardiya kimi tanınan Silahlı Qüvvələrin III Piyada polku 60 ilə yaxındır qəbirlərin üzərinə bayram qoyulmasının təşkili ilə məşğuldur.
1300 əsgər 3 saatını ayıraraq bütün qəbirlərin üzərinə bayraq basdırır. Bu qəbirlərin bəzisi 1864-cü il və Amerika Vətəndaş Müharibəsinə aiddir. Hətta bəzi baş daşları hərbi xidmətçinin bir neçə müharibədə iştirak etdiyini göstərir.
Bayraqları bel çantalarında daşıyan əsgərlər onları baş daşından 30 santimetr önə basdırır. Məsafəni təxmini müəyyən etmək üçün ayaqqabıdan istifadə olunur.