2016-cı ildə öldürülən jurnalistlərin sayı azalıb [Video]

Your browser doesn’t support HTML5

2016-cı ildə öldürülən jurnalistlərin sayı azalıb

Jurnalistlərin Müdafiə Komitəsi qeyri-kommersiya təşkilatının verdiyi məlumata görə, ötən illə müqayisədə 2016-cı ildə daha az jurnalist öldürülüb. Amma ölüm hallarının azalmasının səbəbləri arxayınlıq yaratmamalıdır.

2016-cı ilin əvvəlində Amerikanın Səsi bir jurnalistini itirib. Müstəqil jurnalist Almiqdad Mocalli Amerikanın Səsinə üç ay boyunca müharibənin Yəmənə olan humanitar təsiri barədə məlumat verirdi. O, Yəməndə peşə vəzifəsini yerinə yetirərkən Səudiyyə Ərəbistanının başçılıq etdiyi hava hücumu nəticəsində həlak olub.

Buradan çıxara biləcəyimiz bir nəticə odur ki, bəzi münaqişələr jurnalistlər üçün o qədər təhlükəlidir ki, artıq daha az insan jurnalistlika ilə məşğul olur.

Jurnalistləri Müdafiə Komitəsinin yaydığı yeni hesabata əsasən, Mocalli bu il ölən 48 jurnalistdən biridir. Bu jurnalistlər ya qətlə yetirilib, ya da döyüş zamanı və ya təhlükəli təyinat zamanı ölüb.

Ölən jurnalistlərin ümumi sayı ötən illə müqayisədə daha az olsa da, Komitənin müdafiə məsələləri üzrə direktoru bunun səbəblərinin tam aydın olmadığını deyir.

“Buradan çıxara biləcəyimiz bir nəticə odur ki, bəzi münaqişələr jurnalistlər üçün o qədər təhlükəlidir ki, artıq daha az insan jurnalistlika ilə məşğul olur”, deyə o bildirir.

Bu, əsasən də Yaxın Şərqdə müharibənin getdiyi yerlərə aiddir. Ölənlərin yarısından çoxu Suriya, Yəmən və ya İraqda təyinat zamanı həlak olub. Təkcə ardıcıl olaraq beşinci ildir dünyada ən çox insanın öldüyü ölkə olan Suriyada 14 jurnalist həyatını itirib.

Amma hətta jurnalistlərin qətlə yetirilmə şanslarının daha az olduğu ölkələrdə belə, müxtəlif senzura və hədə-qorxu formaları mövcuddur. Məsələn hesabatda bildirirlir ki, bütün dünyada həbs olunan jurnalistlərin üçdə biri Türkiyədədir.

Münaqişə zonaları jurnalistlər üçün daha da təhlükəli olmağa başlayır. Bundan əlavə, repressiya da baş verir, jurnalistlər həbs edilərək, sosial media saytlarında deyilən və yazılanlara qarşı təqiblər davam etdirilərək tənqiqi səslər boğulur.

“Münaqişə zonaları jurnalistlər üçün daha da təhlükəli olmağa başlayır. Bundan əlavə, repressiya da baş verir, jurnalistlər həbs edilərək, sosial media saytlarında deyilən və yazılanlara qarşı təqiblər davam etdirilərək tənqiqi səslər boğulur."

Jurnalistika professoru Stiv Raymer deyir ki, Rusiya da daxil olmaqla bəzi ölkələrin hökümətləri jurnalistlərə nəzarət etməyin daha asan yolunu tapıblar.

“Hesabata əsasən, 2013-cü ildən bəri Rusiyada jurnalit öldürülməyib, amma onların və digər tənqidi səslərin susdurulması üçün o qədər çox qanun qəbul edilib ki, onların insanları, jurnalistləri öldürməsinə ehtiyac qalmayıb.”

Jurnalistləri Müdafiə Komitəsi bildirir ki, öldürülən hər 10 jurnalistdən təxminən doqquzu xarici deyil, yerli olub. Bu da tarixi tendensiyalara uyğun statistikadır. 2016-cı ildə baş verən qətllərin yarısından çoxuna görə radikal islamçı militant təşkilatlarının da daxil olduğu siyasi qruplar məsuliyyət daşıyır.