Okean yataqlarının xəritəsi hazırlanır [Video]

Your browser doesn’t support HTML5

Çox vaxt okeonoqraflar deyir ki, biz Ay və Marsın səthi ilə bağlı planetimizin 70 faizindən daha çox məlumata sahibik. Buna səbəb isə odur ki, Yer kürəsinin böyük hissəsi sudan ibarətdir və bu sul kütlələrinin əksəriyyəti 200 metrdən dərindir. Amma okean yataqlarının xəritəsini hazırlamaq üçün artıq bir neçə təşəbbüs mövcuddur. Bu təşəbbüslərdən ən yenisi isə Yaponiyada başladılıb.

Biz uzun zamandır okeanlarla unudulmuş bir yer kimi rəftar edirdik. Artıq bunu dəyişməyin vaxtı gəlib çatıb, çünki bizim okeanlardainanılmaz dərəcədə sərvətimiz və resurslarımız var.
Satinder Bindra

Bizim okean yataqları barədə kifayət qədər məlumatlı olmamağımızın səbəbi var: o dərinliyə enmək çox təhlükəlidir və baha başa gəlir. Amma okean yataqlarının xəritəsi bizi gəmiçilikdən tutmuş, balıqçılıq, mineral yataqları və hətta tsunami dalğalarının hərəkətinə kimi bir çox faydalı məlumatla təmin edəcək.

“Biz uzun zamandır okeanlarla unudulmuş bir yer kimi rəftar edirdik. Artıq bunu dəyişməyin vaxtı gəlib çatıb, çünki bizim okeanlardainanılmaz dərəcədə sərvətimiz və resurslarımız var," deyə Seabed 2030 layihəsinin direktoru Satinder Bindra bildirir.

Elmi tədqiqat və kommesiya gəmilərinin, habelə yeraltı gəmilərinin topladığı məlumatlardan istifadə edərək Seabed 2030 layihəsi 200 metrdən çox dərinliyi olan 190 kvadrat kilometrlik okean yataqlarının ətraflı xəritəsini hazırlayacaq.

Layihəni Yaponiyanın xeyriyyəçi Nippon Fondu və qeyri-kommersiya assosiasiyası olan Okeanların Ümumi Batimetrik Sxemi, yəni GEBCO həyata keçirir. Birləşmiş Millətlər Təşkilatı da layihəni dəstəkləyir.

“BMT davamlı inkişaf məqsədilə 2021-ci ildən 2030-cu ilədək 10 illik bir müddəti okean elminə həsr etmək üçün qətnamə qəbul edib. Mən əminəm ki, biz bu 10 il ərzində bütöv okean yatağının xəritəsini hazırlayacağıq,” BMT-nin okeanlar üzrə xüsusi nümayəndəsi Piter Tomson söyləyir.

Bu təşəbbüslə yanaşı, XPRIZE adlı qeyri-kommersiya təşkilatı dünya boyu tədqiqatçılar və ixtiraçıları okean yataqlarının xəritəsini hazırlamaq üçün daha yaxşı və ucuz texnologiya inkişaf etdirməyə çağırır.

“Bizim əlimizdə hələ də dəniz yataqlarının yaxşı xəritəsinin olmamasına səbəb bu cür layihənin çox baha başa gəlməsidir,” Cyotika Virmani deyir.

Bu layihənin bir digər faydası odur ki, bir çox batmış gəmilərin, habelə 2014-cü ildə Hind okeanı üzərində uçarkən yoxa çıxan Malayziya Hava Yollarına məxsus təyyarənin yerini təsbit etmək mümkün olacaq.