Ohayo ştatının Klivlend şəhərində 10 il bundan əvvəl oğurlanan qadınların tapılmasından sonra insanların yaşadığı bir məhəllədəki evdə onların necə gizli saxlanması ilə bağlı suallar meydana çıxıb.
Qışqıraraq qonşudan yardım istəyəndən sonra azad edilən qadınlar ailə üzvləri ilə birlikdə Federal Təhqiqat Bürosunun nəzarəti altında saxlanılır. Çərşənbə axşamından bəri qadınların saxlandığı evdə oğurluqla bağlı dəlillər axtarılır.
On il bundan əvvəl itkin düşmüş 3 amerikalı qadın Birləşmiş Ştatların Klivlend şəhərində bazar ertəsi sağ tapıldıqdan sonra hadisədə əli olduğundan şübhələnilən üç qardaş həbs edilib. Həmin 3 nəfər 54 yaşlı Pedro Kastro, 50 yaşlı Onil Kastro və qadınların saxlandığı evin sahibi, 52 yaşlı Ariel Kastrodur. Həmin evdə olan 6 yaşlı uşağın Amanda Berrinin qızı olduğu güman edilir.