Oğul Trampın seçki dövrü və sonrası WikiLeaks ilə yazışmaları olub

Prezident Donald Trampın oğlu 2016-cı il prezident seçkiləri kampaniyası və sonrakı dövrdə WikiLeaks-in Twitter hesabından ona göndərilən özəl mesajları ictimaiyyətə təqdim edib.

Oğul Tramp mesajları The Atlantic jurnalının onun belə mesajlara sahib olması haqqında məlumat yaymasından sonra ictimailəşdirib.

Jurnalın bildirdiyinə görə, WikiLeaks 2016-cı ilin sentyabrından bu ilin iyul ayına qədər bir neçə dəfə oğul Trampa mesajlar göndərib.

Baxmayaraq ki, oğul Tramp mesajların əksəriyyətinə məhəl qoymayıb, üç mesajı cavablandırılıb.

WikiLeaks təsisçisi Julian Assanj hal-hazırda Ekvadorun Londondakı səfirliyində yaşayır. Səfirlikdə olmağı Assanjın casusluq ittihamı ilə Birləşmiş Ştatlara ekstradisiya olunmasının qarşısını alır.

Oğul Trampın WikiLeaks ilə yazışmaları Tramp kampaniyası ilə Rusiya arasında əlaqələri araşdıran Konqres müstəntiqlərinə ötürülüb.