Ofşor zonalara çıxarılmış 48 milyard dollar Azərbaycan vətəndaşları arasında bölünərsə, bu adambaşına 5300 dollar deməkdir. Ekspertlər ölkədən bundan dəfələrlə çox vəsaitin çıxarıldığını bildirir
Müxalifət qüvvələrini birləşdirən İctimai Palata Azərbaycanın ofşor zonalarda yerləşdirilən 48 milyard dollar qanunsuz vəsaitləri ilə bağlı dinləmələr keçirib.
Tax Justice Network (TJN) (“Vergi ədaləti şəbəkəsi”) qeyri-kommersiya müşahidə təşkilatının “Bir daha ofşorun qiyməti haqqında” (“The Price of Offshore Revisited”) hesabatında Azərbaycan vətəndaşlarının ofşor zonalarda 48 milyard dollar vəsaitinin olduğu bildirilib.
Dinləmələrin əsas motivi ofşor zonalara çıxarılan vəsaitin hakim ailəyə və ona yaxın biznes qurumlarına aid olduğu, vəsaitin ölkəyə qaytarılmasının yollarının axtarılmasının
vacibliyi olub.
“İlk olaraq İlham Əliyev 14 yaşlı oğluna 75 milyon dollara 9 mülk alması barədə xarici media məlumat yayıb. Bundan sonra media “Çovdar” qızıl yatağının istismarının ailə üzvlərinə məxsus şirkətlərə verməsi barədə yazdı. İndi isə ölkədən ofşor zonalara 48 milyard dolların çıxarılması dünyanın nüfuzlu təşkilatlarından birinin hesabatında əksini tapıb. Ailənin çoxsaylı banklara, daşınmaz əmlaka, gəlirli biznes sahələrinə nəzarət etdiyini nəzərə alsaq nəinki 48 milyard dollar, bu əlavə olaraq daha on milyard dollarlar deməkdir”, - deyə AXCP sədri Əli Kərimli qeyd edib.
Onun hesablamalarına görə, ofşor zonalara çıxarılmış 48 milyard dollar Azərbaycan vətəndaşları arasında bölünərsə bu adambaşına 5300 dollar deməkdir. “48 milyard dolları ölkədəki ailələrin sayına böldükdə, iqtidarın hər ailədən orta hesabla 20 min dollar oğurladığı məlum olur”, - Kərimli xatırladıb .
İqtisadçı alim, İP üzvü Qubad İbadoğlu hesab edir ki, Tax Justice Network (TJN) (“Vergi ədaləti şəbəkəsi”) qeyri-kommersiya müşahidə təşkilatının hesablamaları çox konservativdir. Bu səbəbdən ofşor zonalara çıxarılan vəsaitlər 48 milyard dollardan dəfələrlə çoxdur. “Hesabata yalnız banklar vasitəsi ilə ölkədən çıxarılan vəsaitlər daxil edilib. Doğrudur, həmin vəsaitin bir hissəsi sonradan investisiya şəklində ölkənin gəlirli biznes sahələrinə yatırılıb. Ancaq, hesabata islam ölkələrindəki ofşor zonalardakı vəsaitlər, xarici ölkələrdə alınmış daşınmaz əmlaklar, yaxtalar və b. əmlaklar daxil edilməyib. Bu səbəbdən Azərbaycan xalqından oğurlanmış vəsaitlər 48 milyarddan dəfələrlə çoxdur”.
Ekspert deyib ki, burada söhbət siyasi elitaya daxil olanların oğurladığı vəsaitdən gedir. “Normal hökumətlər bundan narahat olmalıdır. Vəsaitlərin ölkədən çıxarılmasında, banklar, vergi, gömrük orqanları və digər strukturlar yaxından iştirak edib. Bunlar araşdırılmalı və dövlət strukturları istefaya getməlidir”.
Eyni zamanda, ekspertlər ofşor zonalarda milyonlarla vəsaitin müqabilində ölkədə bir nəfər belə rəsmi milyonçunun olmadığını diqqətə çatdırıb.
Təklif edilib ki, ofşor zonalarda olan vəsaitlərlə bağlı Azərbaycanda iki il öncə yaradılmış Maliyyə Monitorinqi Xidmətindən hesabat tələb edilsin, gəlirlərin və əmlakın elan edilməsi ilə bağlı bəyannamə barədə kampaniyaya başlanılsın, Azərbaycanın Avropa Şurasının Varşava Konvensiyasına qoşulması təklif edilsin.
Sabiq Ədliyyə generalı Vidadi Mirkamal qanunsuz vəsaitlərə qarşı mübarizə ilə bağlı qanunvericilikdə nəzərdə tutulan normalardan danışıb. “Əhəmiyyətli odur ki, bu qədər vəsaitin ölkədən çıxarılması dövlət başçısını narahat edirmi? Yox, əsla narahat etmir. Dövlət başçısı mediada ailənin şirkətləri ilə bağlı məlumat dərc edildikdən dərhal sonra Milli Məclisə “Kommersiya sirri haqqında” qanuna dəyişiklik göndərərək, kommersiya yaradan hüququ şəxslər və onların vəsaiti barədə məlumatların açıqlanmasını qadağan etdi. İndi bu məlumatları yayanlar cinayət məsuliyyəti daşıyacaq. Məhz, bu bir daha ölkədən qanunsuz vəsaitləri çıxaranların kim olduğunu sübut edir”, - deyə qeyd edib.
Onun sözlərinə görə, xalqdan oğurlanmış vəsaitlər ölkədən hətta yük təyyarələri vasitəsilə və boruların içərilərində daşınır.
İP üzvü Mirfeyzulla Seyid ölkədən çıxarılmış vəsaitlərin necə qaytarılması barədə layihə hazırlanmasını vacib sayır. “İran şahının devrilməsi, ərəb baharı sübut etdi ki, xalqdan oğurlanaraq xarici ölkələrə aparılmış vəsaitlər sonradan ölkəyə qaytarılmır. İctimai Palata indidən “Nə etməli?” sualına cavab axtarmalıdır”, - deyə bildirib.
İP digər üzvü Mirvari Qəhrəmanlı 2006-ci ildən sonra Azərbaycanda quruda neft müqavilələrinə cəlb edilmiş 26 şirkətin sahiblərinin kimliyinin məlum olmadığını deyib. “Ölkədə nisbətən vəsaitləri şəffaf xərclənən Neft Fondu da artıq xaricdə əmlak almağa başlayır”.
Dinləmələrdə həmçinin oğurlanmış vəsaitlər barədə xalqa geniş məlumat verilməsinin, mitinqlərdə şüarların bu mövzuya həsr edilməsinin vacibliyi qeyd edilib. “İnsanların təsadüfən avtomobilini cızdıqda, paltarına toxunduqda üzr istəsən belə, az qalır hücum edib qarşıdakını əzsin. Amma, oğurlanan vəsait hər bir vətəndaş və ya ailə üçün təzə avtomobilin qiymətindən çoxdur. Bununla belə heç kim dillənmir. Maarifləndirmə aparılmalıdır”, - deyə İP üzvü, vicdan məhbusu olmuş Sahib Kərimov bildirib.
Your browser doesn’t support HTML5