ABŞ-ın Ali Məhkəməsi Obamanın mühacirət planını nəzərdən keçirəcək

ABŞ-ın Ali Məhkəməsi Obamanın 4 milyondan çox qeyri-qanuni mühacirin deportaasiyadan müdafiə olunmasına dair planını nəzərdən keçirmək üçün dinləmə keçiriləcəyini elan edib.

Prezident Obamanın qərarı övladları Amerikada anadan olan və daimi yaşayış icazəsi olan valideynlərin deportasiyasının qarşısının alınmasına yönəlib.

Məhkəmənin prezidentin sərəncamının nəzərdən keçirilməsi məqsədilə dinləmə keçirmək qərarı ABŞ-da 2016-cı il prezident seçki kampaniyasına və prezidentin siyasi irsinə təsirini göstərə bilər. Prezidentin ən genişmiqyaslı sərəncamlarından biri Konqresin təsdiqi olmadan verilmişdi.

Məsələ ilə bağlı dinləmənin aprel ayında keçirilməsi, qərarın isə iyun ayında çıxarılması gözlənilir.