Prezident Obama ABŞ-ın bu ilin sonuna qədər əməliyyatları başa çatdırdığı zaman Əfqanıstanda 9800 Amerika əsgərinin saxlanmasını və onların demək olar hamısının 2016-cı ilə qədər ölkədən çıxarılmasını istəyir.
Ağ Evdə çıxışı zamanı cənab Obama deyib ki, xarici siyasətdə Əfqanıstan və İraq müharibələrinin əsas diqqət mərkəzində olduğu on ildən artıq müddətdən sonra yeni səhifə açmaq vaxtıdır.
Cənab Obama bildirib ki, ABŞ əsgərlərinin sayı 2015-cilin əvvəlində 9800 nəfər olacaq, bundan sonrakı yarım il ərzində onların sayı yarıya endiriləcək və onun 2017-ci ildə prezidentlik dövrü başa çatanda Əfqanıstanda min nəfərdən az Amerika əsgəri qalacaq. Onun sözlərinə görə, əsgərlərin sayı Əfqanıstan qüvvələrinin ölkənin təhlükəsizliyinə görə və Əl-Qaidəyə qarşı mübarizədə məsuliyyəti öz üzərinə götürdükcə azaldılacaq.
ABŞ prezidenti deyib ki, 9800 nəfərlik əsgəri qüvvə Əfqanıstan hərbi qüvvəlrinə təlim və Əl-Qaidə qalıqlarına qarşı əks-terror missiyasına dəstək verilməsi məqsədilə ölkədə saxlanacaq. O əlavə edib ki, bu, təbii ki Əfqanıstan liderinin razı olduğu halda baş verəcək.
ABŞ Əfqanıstanda 100 min nəfərdən ibarət əsgəri qüvvəsinin sayını azaldaraq, hazırda ölkədə 32 min Amerika əsgəri saxlayır. Bu əsgəri qüvvə Birləşmiş Ştatların Əfqanıstanda Əl-Qaidə terror şəbəkəsinə qarşı 13 illik əməliyyatlarının bir hissəsini təşkil edir.