Prezident Barak Obama amerikalıları Birləşmiş Ştatlarda yoxsulluğun azaldılması və varlılar, orta sinif və yoxsullar arasında gəlirlərdə qeyri-bərabərliyin aradan qaldırılması üçün daha çox iş görməyə çağırıb.
Vaşinqtonda Corctaun universitetində yoxsulluğa dair konfransda bir saatdan artıq sürən geniş diskussiyada iştirak edən cənab Obama deyib ki, dünyanın ən zəngin ölkəsində bərabərliyin təmin olduğu bir cəmiyyətin yaradıla bilməməsinin heç bir səbəbi yoxdur. ABŞ prezidenti aparıcı qəzetlərdən birinin müxbir, Harvard universitetinin professor və ölkədə ən böyük biznes lobbi şirkətnin prezidenti ilə müzakirələrə qatılıb.
Cənab Obama ABŞ-ın yoxsulluğu azalda biləcəyini deyib, lakin edib ki, ölkə nə qədər iş görülməli olduğu kimi sualla qarşılaşıb.
Prezident Obama deyib ki, yoxsulluğun aradan qaldırlıması üçün siyasi iradə və hökumət tərəfindən maliyyə tələb olunur. O deyib ki, yoxsulluqla ən yaxşı mübarizə proqramı işlə təmin olunmaqdır, lakin federal, ştat və yerli səviyyələrdə hökumətlər çox vaxt təhsilin yaxşılaşdırılması və ehtiyacı olanlara yardım edildikdən sonra bu proqramlardan imtina edir.