ABŞ prezident Barak Obama Ağ Evdə Ukraynanın müvəqqəti hökumətinin baş naziri Arseni Yatsenyuku qəbul edib.
Bu, cənab Obamanın baş nazir Arseni Yatsenyukla ilk görüşüdür və ABŞ-ın Ukraynanın yeni hökuməti və xalqına dəstək xarakteri daşıyır. Prezident Obama və cənab Yatsenyuk arasında danışıqlar zamanı Ukraynaya iqtisadi yardım məsələsi müzakirə edilib. Birləşmiş Ştatlar artıq Ukraynaya 1 milyard dollar məbləğində yardım etməyə söz verib.
Arseni Yatsenyuk ABŞ-a səfərini rusların əksəriyyət təşkil etdiyi Krımda Moskvanın dəstəyi ilə Rusiyaya birləşməyə dair referendumun keçirilməsinə hazırlıq getdiyi vaxt edir.
Bu arada, ABŞ senatoru Con Makkeyn hər iki partiyanın üzvlərindən ibarət nümayəndə heyətinin başçısı kimi Kiyevə səfərə hazırlaşır. Səfər ABŞ Konqresinin Ukraynanın müvəqqəti hökumətinə və eləcə də Ukrayna xalqına dəstək bildirilməsi məqsədi daşıyır.
Səfərdən bir gün öncə ABŞ Konqresinin Nümayəndələr Palatası Krımda Ukraynanın suverenliyinin pozulması ilə əlaqədar Rusiyanı qınyan qətnaməni yekdilliklə qəbul edib. Qətnamədə eyni zamanda regiona beynəlxalq müşahidəçilərin göndərilməsinə çağırılır.
ABŞ Dövlət katibi Con Kerri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla telefon söhbəti zamanı Rusiya hərbi qüvvələrinin Ukraynada vəziyyətə müdaxiləsinin qəbuledilməz olduğunu deyib.
Moskva etnik rusların əksəriyyət təşkil etdiyi Krımı işğal etmək üçün yarımadaya hərbi qüvvə göndərildiyini rədd edir. Lakin şahidlər bu ayın əvvəli heç bir nişanı olmayan hərbi forma geymiş şəxslərin Rusiyada qeydiyyatdan keçmiş maşınlarda gəldiyni və açıq şəkildə rus olduqlarını dediyini bildiriblər.