ABŞ prezidenti Barak Obama və İsrail baş naziri Benyamin Netanyahunun arasındakı ciddi narazılıq Amerika liderinin digər dünya liderləri ilə münasibətlərinin mahiyyətini və bu münasibətlərin xarici siyasətdəki rolunu diqqət mərkəzinə qoyub.
Prezident Obama və bu yaxınlarda ABŞ Konqresi qarşısında ABŞ-ın İranla nüvə razılığı əldə etmək cəhdlərini qınayan baş nazir Netanyahu arasındakı qərəz və narazılıq dəfələrlə müzakirə olunub.
“Mən bilirəm ki, mənim çıxışım çoxlu mübahisələrə səbəb olub”.
Dövlət departamentinin sabiq Yaxın Şərq müşaviri Aron Deyvid Miller cənab Obama və cənab Netanyahunun arasındakı gərginliyin Amerika və İsrail liderlərinin arasındakı ilk gərginlik olmadığını desə də, hər iki tərəfin disfunksiyaları geridə buraxaraq səmərəli olmağa çalışmaqlarının bir başlanğıc olduğunu bildirib.
“Düşünürəm ki, bu fərqli şəxsiyyət və siyasətlərin birləşməsinin nəticəsidir. Bir sözlə, bu güclü fırtınadır və ABŞ -İsrail münasibətləri çağdaş tarixin ən pis nöqəsindədir."
Bəs siyasətdə şəxsi münasibətlər nə dərəcədə vacibdir?
Məsələlər qəliz olanda şəxsi münasibətlər böyük fərq yarada bilər. Amma Prezident Obama daha ehtiyyatlı yanaşırMatt Dallek
Corc Vaşinqton Universitetinin professoru Metyu Dallek deyir ki, əgər prezident Obama və baş nazir Netanyahu arasındakı münasibət öncədən daha güclü və dayanıqlı olsa idi, artıq əlaqələrin üzülməsi mümkün deyil.
Dallek bildirir ki, xarici dövlət başçıları ilə dostluq qurmaq amerikalı prezidentlər üçün vacibdir, əsasən də böhran zamanlarında.
“Mən şəxsi münasibətlərin vacibliyini şişirtmək istəmirəm, çünki onlar mühüm siyasi anlaşılmazlıqları həll edə bilməz. Bununla belə, məsələlər qəliz olanda şəxsi münasibətlər böyük fərq yarada bilər. Amma Prezident Obama isə daha ehtiyyatlı yanaşır”.
Dövlət başçısı olduğu son altı ildə cənab Obama heç bir dünya lideri ilə yaxın şəxsi münasibət qurmayıb, amma Britaniya baş nazirinə Deyvid Kameronu “qardaş” deyərək səslənib.
Prezident İsrailinin baş naziri ilə münasibətini “işgüzar” adlandırıb və dünyanın digər liderləri ilə münasibətlərinin də bundan fərqli olmadığını deyib. Dahiliyin Sonu adlı kitabında prezidentlərin fəaliyyətlərini tədqiq edən Aron David Miller uğurlu dünya liderlərinin siyasəti və digərləri ilə qarşılıqlı əlaqəni sevdiklərini deyir. Cənab Obama isə daha analitik və qapalıdır.
“Faktiki olaraq, istəyəndə bizim prezidentimiz dəfedilməz ola bilir, amma məsələ onun bundan feyz alıb-almamağıdır. O, Corc Buş daxil olmaqla ondan öncəki bir çox prezidentdən daha müstəqil, daha məsafəli və daha az emosionaldır”.
Buna baxmayaraq, təhlilçilər deyir ki, etimadı yüksəltmək və etimad yaratmaq vacib olsa da, dünya liderləri arasındakı yaxın şəxsi münasibətlər böyük siyasi fikir ayrılıqlarının öhdəsindən gələ bilməz.