ABŞ prezidenti torpaq sürüşməsinə məruz qalan Vaşinqton ştatında olub

ABŞ prezidenti Asiya səfəri öncəsi ötən ay torpaq sürüşməsinə məruz qalan Vaşinqton ştatında olub. Prezidenti hava limanında ştat rəsmiləri və yerli liderlər qarşılayıb.

Barak Obama vertolyotla təbii fəlakətin baş verdiyi bölgəyə səfər edib, həlak olanların ailələri ilə özəl görüşlər keçirib.

Daha sonra yanğınsöndürmə məntəqəsindəki çıxışı zamanı ABŞ dövlət başçısı deyib ki, görüşdüyü insanlar inanılmaz mətinlik nümayiş etdirib.”Onlar fəlakətə ilk cavab verənlərə minnətdardır. Onlar yardım göstərən hər bir kəsə minnətdərdır. Düşünürəm ki, minnətdarlığı təkrar etməyin ziyanı yoxdur. Mən də sizə minnətdaram.”

Torpaq sürüşməsindən sonra təmizlik işlərinə baxmayaraq, hadisə yerində hələ də dağıntıların izləri qalmaqdadır. Fövqəladə işçilər və könüllülərin səyləri davam etdirilir. Güclü yağışlar səbəbi ilə yaranan daşqınlardan sonra sular çəkilməyə başlayıb.

ABŞ prezidenti qruplar və təşkilatlara koordinasiya səylərinə görə təşəkkürünü bildirib."İş bu gün də davam etdirilir. İnsanlar əzizlərinin axtarışını hələ də davam etdirir. Mənim buraya gəlməyimin səbəbi ölkəmizin sizi unutmadığını nümayiş etdirməkdir.”

Mart ayının 22-də baş verən torpaq sürüşməsi evlər və yolları palçıq altında qoyub. İndiyədək 41 adamın cəsədi aşkar edilib. 2 nəfər hələ də itkindir.

Vaşinqton stat rəsmiləri təbii fəlakətin vurduğu ziyanı 42 milyon dollarla ölçür. Lakin xilas və təmizlik işlərinin davam etməsi ilə bu məbləğ daha artıq ola bilər.