ABŞ fəza agentliyi NASA Beynəlxalq Fəza Stansiyasının fəaliyyətini 2024-cü ilə qədər uzatdığını bildirib.
100 miliyard dollar dəyərində olan stansiya 15 ildir fəaliyyət göstərir. NASA stansiyanın fəaliyyətini 2020-ci ildə dayandırmağı planlaşdırırdı.
NASA və Obama administrasiyasından birgə bəyanatda Beynəlxalq Fəza Stansiyasının fəaliyyətinin uzadılmasının ABŞ və onun tərəfdaşlarına elmi tədqiqatlar və özəl şirkətlərin stansiyasıyaya yük daşıması kimi məqsədlərinə nail olmasına yardım edəcək.
Özəl şirkətlərdən Orbit Elmləri Korporasiyasının fəza stansiyasına cümə axşamı karqo uçuşu planlaşdırılıb.
Şirkət fəzada baş vermiş güclü günəş fırtınasından narahatdır. Fırtınanın Cygnus insansız fəza gəmisinin elektronik cihazlarına təsir edəcəyindən ehtiyat edilir.
NASA rəsmiləri bildirib ki, günəş fırtınası Beynəlxalq Fəza Stansiyası və onun altı nəfərlik ekipaj heyətinə təhlükə törətmir.
NASA öz fəza gəmisinin fəaliyyətini dayandırdıqdan sonra Orbit Elmləri və SpaceX şirkətinin gəmilərindən istifadə edərək stansiyaya yük daşınmasını təmin edir.