Obama prezidentliyi dövrü xaricə sonuncu səfərinə çıxır

ABŞ prezidenti Barak Obama Ağ Eğ Evin həyətində hərbi dəniz qüvvələrinin helikopteri qarşısında

ABŞ prezidenti Barak Obama bazar günü prezidentliyi dövrü sonuncu xarici səfərə çıxır. Amerika prtezidentinin müşavirləri dünya liderləri ilə görüşlər zamanı əsas müzakirələrin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ətrafında aparılacağını gözləyr.ə

ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Ben Rods prezident Obamanın səfəri zamanı Yunanıstan, Almaniya və Peruda olacağını deyib ki. Onun sözlərinə görə, səfər Amerikanın ən yaxın müttəfiqləri ilə həmrəyliyin və "güclü, interqrasiya olunmuş və vahid Avropaya" dəstəyin nümayiş etdirilməsi xarakteri daşıyır.

Səfər zamanı Obama başlıca nitqi Yunanıstanda söyləyəcək. Amerika lideri ölkədə və dünyanın başqa yerlərində iqtisadi artıma nail olunması və qeyri-bərabərliyin aradan qaldırılması ilə bərabər iqtisadi sınaqların ünvanlanması mövzusuna toxunacaq.

Almaniya kansleri Angela Merkel

Obama həmçinin Yunanıstanın baş naziri Aleksis Tsiprasla danışıqlar aparacaq. Müzakirələr zamanı ABŞ prezidentinin iqtisadi böhranın aradan qaldırılması məqsədilə beynəlxalq iqtisadi yardım paketinin ayrıldığı və bunun müqabilində sosial proqramların sərt ixtisarı ilə qarşılaşmış Yunanıstanın xalqına dəstək bildirəcəyi gözlənilir.

Merkel prezidentin bütün hakimiyyəti dövrü ən yaxın müttəfiqlərdən biridir
Ben Rods

Almaniyada prezident Obama kansler Angela Merkellə danışıqlar keçirəcək.Milli Təhlükəsizlik məsələləri üzrə müşavirin müavini Ben Rods Almaniya ilə münasibətlərin əhəmiyyətimi vurğulayaraq, Merkeli "prezidentin bütün hakimiyyəti dövrü onun ən yaxın müttəfiqlərindən biri" adlandırıb.

Cümə günü görüşə Britaniya, Fransa, İtaliya və İspaniyanın liderləri də qatılacaq. Danışıqlar zamanı İŞİD-ə qarşı mübarizə, mühacirət məsələləri, Ukraynada və vəziyyəti və ABŞ-da keçirilmiş prezident seçkilər müzakirələrin diqqət mərkəzində olacağı gözlənilir.

ABŞ-da prezident seçilmiş Donald Tramp dəfələrlə prezident Obamanın hakimiyyəti dövrü əldə edilmiş razılıqlara qarşı çıxış edib. Buraya İranın nüvə proqramı, keçən ay qüvvəyə minmiş iqlim dəyişikliyinə dair müqavilə və ABŞ Konqresində hələ təsdiq edilməmiş Trans-Sakit okeanı Tərəfdaşlığı haqda razılıq daxildir.

ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Ben Rods

Prezident Obamanın Trans-Sakit okeanı Tərəfdaşlığı haqda razılığı imzalamış ölkələrin liderləri ilə Peruda olduğu müddətdə görüşəcəyi gözlənilir. ABŞ prezidenti müqaviləyə daxil olmayan Çinin prezidenti ilə görüşməlidir.

Prezidentliyi müddətdə Obama Asiya-Sakit okeanı regionunu prioritet məsələlərdən birinə çevirib. Ameirka lideri Peruda Asiya-Sakit okeanı İqtisadi Əməkdaşlıq sammitində bu ölkələrin liderləri iləmüzakirələr aparacaq.

Donald Tramp Asiya ilə bağlı fərqli mövqe tuta bilər. Lakin ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Ben Rods deyib ki, regionun əhəmiyyəti və ABŞ-ın burada tərəfdaşları ilə əldə etdiyi razılaşmalar və müqavilələr nəzərə alınsa, o, Asiya bölgəsinin prioritet məsələ olaraq qalacağına inanır.