Barak Obama : Rusiya iqtisadiyyatı tənəzzülə uğrayıb

ABŞ prezidenti Rusiyaya qarşı iqtisadi sanksiyaların təsirə malik olduğunu və Ukraynaya müdaxiləsi Rusiyaya baha baş gəldiyini bildirib.

Barak Obama deyib ki, Rusiyadan kapitallar və xarici investisiya axır.

ABŞ dövlət başçısı Rusiya iqtisadiyyatının tənəzzülə uğradığını, Rusiyanın asılı olduğu enerji istehsalının azaldığını, rublun heç vaxt olmadığı qədər dəyər itirdiyini vurğulayıb.

Obama Rusiyanın Ukraynadakı əməllərinin onu zəiflətdiyini bildirib.

Lakin ABŞ-ın Sahibkarlıq İnstitutunun direktoru Leon Aronun dediyinə görə, ciddi nəticələr verməsi üçün sanksiyalar illərlə davam etməlidir. O, sanksiyaların Rusiyanın neft və qaz sahəsinə tətbiqinin effektiv ola biləcəyini bildirib.

ABŞ dövlət katibinin sabiq müavini Nikolas Bürns isə deyib ki, Putinin diqqətini cəlb etməsi üçün Avropa o ölkəyə qarşı əvvəlki sanksiyalardan fərqli olaraq, daha ciddi maliyyə sanksiyaları tətbiq etməlidir.