ABŞ prezidenti Barak Obama İran prezidenti Həsən Ruhani iki ölkə arasında diplomatik münasibətlərin 35 ildir dondurulmasından sonra ilk dəfə olaraq telefon söhbəti aparıb. Bu, 1979-cu ildə Amerikanın dəstəklədiyi şahı devrilməsi ilə nəticələnmiş islam inqilabından sonra Amerika və İran prezidentləri arasında ilk təmasdır.
Telefon söhbətindən sonra bəyanat verən cənab Obama 15 dəqiqə sürən danışıq zamanı İranın nüvə proqramının müzakirə edildiyini bildirib. O bildirib ki, problemin həlli ABŞ və İran arasında qarşılılıq anlaşma və hörmətə əsaslanan münasibətlərin qurulması istiqamətində mühüm bir addım olardı.
Cənab Ruhaninin ingilis dilində Tvitter hesabında göndərdiyi mesajda dövlət başçıları arasında telefon söhbəti tarixi hadisə kimi qiymətləndirilib.
Telefon söhbəti zamanı prezident Obama Ağ Evdə iş otağında, cənab Ruhani isə Nyu-Yorkda avtomobildə olub.
Cənab Obama iki ölkənin İranın nüvə proqramı ilə bağlı əhatəli həllə nail olunacağına inandığını deyib və İran prezidenti ilə söhbətin bunun mümkün ola biləcəyini göstərdiyini əlavə edib.
ABŞ administrasiyasının yüksək səviyyəli nümayəndəsi Ağ Evin cümə günü səhər cənab Ruhaninin Nyu-Yorku tərk etməzdən əvvəl cənab Obama ilə söhbət etmək istədiyinə dair xəbər aldığını bildirib.
Bundan öncə cənab Ruhani deyib ki, prezident Obamanın açıqlamalarının yeni tonu onda nüvə probleminin tez həll ola biləcəyinə dair nikbinliyin yaranmasına səbəb olub.
İran lideri iyun ayında keçirilmiş prezident seçkisinin İran və Qərb arasında daha yaxşı münasibətlərin yaranması üçün yol açdığını bildirib.