Həsən Ruhani: İran ABŞ və Qərblə birbaşa danışıqlara hazırdır

İran prezidenti Həsən Ruhani ABŞ və Qərblə İranın nüvə proqramına dair şəffaf və birbaşa dialoqa hazır olduğunu deyib.

İran prezidenti Nyu-Yorkda keçirilən BMT-nin Baş Assambleyasındakı çıxışında ölkəsinin uzun zamandır tutduğu mövqeyini, İranın uran zənginləşdirilməsi də daxil olmaqla, dinc mahiyyətli nüvə proqramına malik olmaq haqqını təkrarlayıb.

O deyib ki, digər ölkələr Tehranın nüvə proqramına dair mövqeyini qəbul etsə, İran danışıqlara hazırdır.

O əlavə edib ki, nüvə və kütləvi qırğın silahlarına İranın doktrinasında yer yoxdur və beynəlxalq sanksiyalar İran iqtisadiyyatı və ictimayyətinə təsir edib.

Bu,Həsən Ruhaninin dünya səhnəsində ilk çıxışı idi.