İlk dəfə olaraq yaxın məsafədə üz-üzə gələn prezident Barak Obama və onun Respublikaçı rəqibi Mitt Romni prezident seçkilərinin birinci debatında vergilər, defisit, və iqtisadi dirçəlişə dair aqressiv mükalimə apardılar. "Status-kvo işləməyəcək,” deyə prezidentin əleyhdarı bəyan etdi.
Öz növbəsində cənab Obama rəqibini dörd il bundan öncə Amerikanı iqtisadi tənəzzülə aparan siyasi ölçüləri dəstəkləməkdə ittiham etdi. Demokrat namizəd həmçinin Mitt Romnini vergi dəyişikliklərində, səhiyyə xidmətlərində, Uoll Strit nizamlamalarında spesifik olmamaqda təqsirləndirdi.
Hər iki namizəd tez-tez Ağ Ev uğrunda yarışda başlıca prioritetlərə çevrilmiş zəif iqtisadiyyata və yüksək işsizliyə toxundular.
Rəy sorğuları göstərir ki, Barak Obama həlledici əhəmiyyət kəsb edən ştatlarda yüngül üstünlüyə malikdir. Məhz bu fonda səsverməyə beş həftə qalmış yarışın dinamikasını dəyişməyə çalışan Mitt Romni xüsusi aqressivlik nümayiş etdirdi.
Respublikaçı namizəd Barak Obamanın yürütdüyü iqtisadi siyasətin Amerikanı düzgün istiqamətdə aparmadığını vurğulayaraq iqtisadi dirçəlişi ləngidən problemləri aradan qaldıracağını vəd etdi. O, buna hökumətin iqtisadiyyatdakı rolunu kiçiltməklə, dövlət xərcləmələrini ixtisara salmaqla və fərdlər üzərində vergiləri azaltmaqla nail olacağını bildirdi.
Prezident olaraq göstəricilərini müdafiə edən Barak Obama 2009-cu ildə hakimiyyətə gəldiyi zaman ölkənin ağır iqtisadi durumla üzləşdiyini xatırlatdı. O, qeyd etdi ki, qəbul olunmuş səhiyyə və maliyyə islahatları sayəsində Birləşmiş Ştatlar irəliyə doğru addımlamağa başlayıb. Cənab Obama əlavə etdi ki, qarşıda görüləsi çox iş var və onun administrasiyası iqtisadiyyatı dirçəltmək üçün təhsilə və infrastruktura investisiya qoymaqda davam edəcək.
On milyonlarla amerikalının izlədiyi debatda vasitəçi Cim Lehrer vaxt intizamını saxlamaqda müəyyən çətinliklərlə üzləşirdi. Belə ki, namizədlər bəzən bir-birlərinin sözünü kəsir və qarşı tərəfə cavab verməyə can atırdı.