Obama dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib

ABŞ prezidenti Barak Obama Ramazan bayramı münasibətilə dünya müsəlmanlarına təbrikini çatıdırıb. Prezident Obamanın bayram mesajı Ağ Evin veb səhifəsində yerləşdirilib. “Birləşmiş Ştatlar və dünyanın hər yerində müsəlmanlar Eid-əl-Fitr bayramını qeyd etdiyi bir vaxt Mişel və mən onlara və onların ailələrinə ən xoş arzularımızı çatdırırıq” deyə prezidenti bildirib.

ABŞ prezidenti müsəlmanların Ramazan ayını oruc, mənəvi təmizlənmə, ruhun yenilənməsi və imkansızlara kömək etməklə keçirdiyini və bayramın bütün insnları birləşdirən ümumi dəyərləri xatırlatdığını deyib. O, Ramazan ayının bitməsilə bütün dinlərə mənsub insanların bir-birinə, xüsusilə də yoxsulluq, münaqişələr və xəstəliklərə məruz qalan insanlar qarşısında öhdəliklərini möhkəmlətdiyini bildirib.

ABŞ prezidenti Amerika müsəlmanlarının nailiyyətləri və cəmiyyəti verdiyi töhfələrini qeyd edərək, onların ölkənin və demokratiyanın güclənməsində rolunu dəyərləndirib. “Buna görə biz bütün dini etiqadlara inana insanlarda ölkəmizdə və dünyada bir dayanaraq, onların tərəqqi əldə etmək hüququnu müdafiə edib dəstəkləyirik və onların öz icmaları qarşısında öhdəliklərini alqışlayırıq”-deyə prezident Obama bildirib.

ABŞ prezidentinin bayram mesajı bu sözlərlə bitir: “Administrasiyanın adından biz Birləşmiş Ştatlarda və bütün dünyada müsəlmanlara mübarək və sevinc dolu bayram arzulayırıq. Ramazan bayramınız mübarək!”