Prezident Obama Ramazan bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edib


ABŞ prezidenti Barak Obama dünya müsəlmanlarına Ramazan bayramını münasibətilə təbriklərini çatdırıb.

Ağ Evin veb səhifəsində yerlşdirilmiş bayram təbrikində deyilir: “Mişel və mən Birləşmiş Ştatlar və bütün dünyada Ramazan bayramını qeyd edən müsəlmanları təbrik edirik. Keçən ay ərzində müsəlmanlar dua edib, oruc tutub və ailə üzvlərilə vaxt keçiriblər. Bu il Ağ Evdə iftar yeməyi zamanı mən bizim demokratiyamızın zənginləşdirilməsi və iqtisadiyyatımızın güclənməsinə töhfə vermiş Amerika müsəlmanları ilə görüşməkdən qürur duydum. Çoxumuz müsəlman dostlarımız və həmkarlarımızla iftar süfrəsini bölüşmək imkanı qazandıq. Bu, bizə malik olduğumuz hər şey üçün minnətdar olmalı və Ramazan ayını evləri, ailələri və əzizlərindən uzaq yerlərdə keçirən milyonlarla suriyalı daxil olmaqla, daha az imkana malik insanlara qarşı mərhəmət göstərməli olduğumuzu xatırladır. Ramazan bayramında bir çox suriyalıya kömək etmək üçün Birləşmiş Ştatlar əlavə 195 milyon dollar məbləğində yardım ayıraraq, beləliklə də münaqişə başlayandan Suriya xalqına göstərilən humanitar yardımın səviyyəsini 1 miyarddan artıq dollara çatdırır. Milyonlarla amerikalı üçün Ramazan bayramı Amerikada zəngin ənənələr palitrasının bir hissəsidir və mən bütün müsəlmanlara xoşbəxt və sevinc dolu bayram arzu edirəm. Eyd Mübarək!”