Putin İŞİD-ə qarşı mübarizədə Fransanın əməkdaşlığını qəbul edib [Video]

Your browser doesn’t support HTML5

Fransa prezidenti Fransua Olland Vladimir Putinlə İslam Dövləti qrupu militantlarına qarşı mübarizədə əməkdaşlığa dair razılıq əldə edib. Olland Moskvada cümə axşamı günü görüşüb. Fransa lideri ilə yanaşı ABŞ, Britaniya, Almaniya və İtaliya liderləri də Rusiya prezidenti ilə oxşar görüşlər keçirib.

Fransa prezidenti bildirib ki, terrorizmin sivil dünya üçün ortaq düşmən olduğu aydındır.

Fransua Olland: “Biz bunu bilirik. Onun adı Daeş, İŞİD-dir. Onun ərazisi, ordusu və qaynaqları var. Biz bu terrorçuları vurmaq üçün böyük koalisiya qurmalıyıq. Mənim fikrim budur.”

Rusiya prezidenti əməkdaşlıq etməyə söz verib. Lakin Moskvanın Suriya münaqişəsində öz maraqlarıyla yanaşı NATO üzvü Türkiyə ilə yaranan münaqişə Ollandın səylərini pozur. Türkiyənin Rusiya hərbi təyyarəsini vurmasından sonra Putin Türkiyəni İslam Dövləti qrupundan yanacaq alaraq, onun maliyyələşdirilməsinə yardım etməkdə ittiham edir.

Vladimir Putin: “Bəzi adamlar yüz miliyonlarla, milyardlarla dollar cibinə qoymaqda davam edir.”

Türkiyə prezidenti bu ittihamlara dərhal cavab verib.

Rəcəb Tayyib Ərdoğan: “Bu məsələləri dəstəklədiyin Əsədlə müzakirə etməlisən. Çünki İslam Dövləti qrupu nefti ona satır və onlar pulu ondan alır. Onların maliyə qaynaqları aydındır.”

Rusiya hərbi təyyarələrin Türkiyə ilə sərhəd bölgəni Suriya üsyançı qruplarından təmizlədiyini elan edib. Rusiyanın hərbi təyyarəsi bu ərazidə Türkiyə tərəfindən vurulmuşdu. Təhlilçi Piter Eltsov deyir ki, Rusiyanın bu ərazidə əməliyyatları Ankaranı bundan sonra da belə görünür qcıqlandırmağa davam edəcək.

Piter Eltsov: “Əsədə qarşı döyüşən fərqli qruplar var və onlar arasında etnik türklər də var.”

Eltsovu fikrincə, Ollandın yarada biləcəyi hər hansı bir koalisiyada birlik olmayacaq, çünki siyasi liderlərin maraqları və hədəfləri fərqlidir.​

Piter Eltsov: “Onlar üçün nəyin əhəmiyyətli olduğunu demək çox çətindir. Onların öz geosiyasi məqsədləri, ölkə daxili problemləri var. Məsələn, Ərdoğan daxili siyasət, seçkilərdə populyarlıq və hər şey üçün millətçilikdən istifadə edir. Eyni şəkildə Putin də.”

Bununa yanaşı Eltsov deyir ki, Putin NATO üzvləri arasında fikir ayrılığı yaratmaq istəyir.

Piter İltsov: “Strateqiya bundan ibarətdir. Paris hücumlarından sonra o buna cəhd göstərir.”

Ollandın keçən həftə Vaşinqtona səfəri zamanı prezident Barak Obama bildirib ki, Rusiya əsas diqqəti İslam Dövləti qrupunu məhv etməyə yönəltsə daha konstruktiv rol oynaya bilər.