ABŞ prezidenti Barak Obama pakistanlıların müvəffəq parlament seçkiləri keçirməklə demokratik idarəçilik prinsiplərinə sadiq qalmasına yüksək qiymət verdiyini bildirib.
Həftə sonu səsvermə ölkə parlamentinin öz müddətini başa vuraraq, 1947-ci ildə Pakistanın yarandığı vaxtdan bəri ilk dəfə olaraq demokratik seçkilər nəticəsində hakimiyyətin keçidini təmin etməsinə imkan yaradıb.
Prezident Obama “mülki hakimiyyətin dinc və şəffaf tarixi keçidi”ni alqışlayıb.
ABŞ prezidenti Pakistanda seçki kampaniyasının rəqabət şəraitində keçdiyini və zorakı ekstremistlərin təhlükələrinə baxmayaraq, seçkinin baş tutduğunu bildirib.
Pakistanda keçirilən parlament seçkiləri nəticəsində keçmiş baş nazir Nəvaz Şərif üçüncü dəfə ölkədə hakimiyyətə qayığır. Onun daha millətçi siyasət yeridəcəyi və getməkdə olan hökumətə nisbətən ölkənin suverenliyi məsələsinə daha artıq diqqət yetirəcəyi gözlənilir.
Lakin ABŞ-Pakistanda münasibətlərində radikal dəyişikliyin baş verəcəyi ehtimal edilmir. Pakistan ordusu ölkənin xarici siyasətində həlledici rol oynayır və ABŞ-ın milyonlarla dollar məbləğində yardımını itirmək istəmir.