ABŞ prezidenti Barak Obama deyir ki, Pakistan öz sərhədləri hüdudlarından əməliyyatlar keçirsə, terir qruplaşmalarına qarşı daha çox effektiv ola bilər.
Bu gün Press Trust of India-da dərc edilən müsahibədə Obama bildirib ki, Pakistan terror şəbəkələrinin silahsızlaşdırılmasına dair səylərini nümayiş etdirməlidir.
"Regionda və dünya boyu terror sığınacaqları üçün 0 tolerantlıq nümayiş etdirilməli və terrorçular ədalət qarşısında cavab verməlidir" - deyə Obama bildirib.
Bu ayın əvvəlində Hindistan Pakistanda istinadgahlanan yaraqlı qruplaşmanı 7 əsgərin ölümü ilə nəticələnən Hindistanın hava bazasına hücumuna görə ittiham etmişdi. Pakistan Caiş-e-Məhəmməd qruplaşmasının bir neçə üzvünü həbs edərək Hindistan kəşfiyyatına kömək edəcəyinə söz vermişdi.
Obama hücuma görə PTI-ı ittiham edib və bildirib ki, bu, ABŞ və Hindistanın nə üçün terrorizmə qarşı birgə mübarizə aparmalı olduğunu göstərir.