ABŞ və İsrail arasında münasibətlər normallaşır

ABŞ prezidenti Barak Obama və İsrailin baş naziri Benyamin Netanyahu aralarındakı soyuqluğu aradan qaldırmağa çalışıb. Soyuqluq ABŞın başçılığı ilə dünya qüdrətlərinin İranla nüvə razılığı əldə etməsindən sonra baş qadırıb.

“Baş nazir və mənim aramda fikir ayrılığı olduğu sirr deyil. Lakin İranın nüvə silahı əldə etməsinə mane olmaqla bağlı mövqeyimiz eynidir”-deyə Obama bildirib.

İranın nüvə silahı əldə etməsinə mane olmaqla bağlı mövqeyimiz eynidir

Obamanın prezidentlik dövründə Netanyahu ilə 13-cü gürüşü fikir ayrılqılarını arxada qoyub, Yaxın Şərqdə təhlükəsizliyin bərqərar edilməsi, İslam Dövləti kimi ekstremist qruplaşmalara qarşı mübarizə kimi mühüm məsələlərdə ortaq zəmin əldə edilməsi məqsədi daşıyıb.

“Özümüzü təcavüs və terrordan müdafiə etmək üçün birlikdə çalışmaq kimi bir imkana malikik. Bu, mürəkkəb bir öhdəlikdir”-deyə Netanyahu bildirib.

Təhlükəsizlik əməkdaşlığı

Ağ Ev görüşü zamanı ABŞ dövlət başçısı iki ölkə arasında hərbi və kəşfiyyat əməkdaşlığını yüksək qiymətləndirib.

“İsrailə göstərdiyimiz hərbi yardım təkcə İsrail dövlətçiliyinin təhlükəsizliyinin təmin edilməsinin mühüm hissəsi deyil, bu həm də ABŞ-ın bütöv regionda təhlükəsizlik infrastrukrunun müdafiəsinin mühüm hissəsidir. Biz yaxın müttəfiqimizin terror və digər hədələrdən qorunması yolunda irəliləyirik”-deyə Obama bildirib.

İsrail ABŞ-dan 3 milyard dollarlıq hərbi yardım alır. Rəsmilərin dediyinə görə, Netanyahu yardımın 4-5 milyard dollara çatdırılmasına ümid edir. Hazırkı onillik razılıq 2017-ci ildə başa çatır.

Biz yaxın müttəfiqimizin terror və digər hədələrdən qorunması yolunda irəliləyirik

Obama prezidentlik müddətində İsraillə kəşfiyyat və və təhlükəsizlik əməkdalığını dəstəkləyəcəyini deyib.

Netanyahu Amerikaya yardıma görə təşəkkürünü bildirib.

İsrail-Fələstin sülh prosesi

ABŞ prezidenti Barak Obama və İsrailin baş naziri Benyamin Netanyahu iki saat sürən danışıqlar zamanı İsrail-Fələstin münaqişəsini də gündəmə gətirib.

Prezident Obama fələstinlilərin son zaman dinc israillilərə qarşı hücumlarını qınayıb. O deyib ki, hücumlar gərginlikləri artırmaqla yanaşı, sülh prosesinə əngəl törədir.

ABŞ dövlət başçısı tərəfləri iki yanaşı dövlət prinsipi çağırışlarını etmədən sülh müzakirlərinin bərpasına səsləyib.

İsrailin baş naziri sülh ümidlərindən imtina etməyəcəyinə vəd verib. Netanyahu deyib ki, iki xalq üçün iki dövlət variantın silahsızlaşdırılmış Fələstinin yəhudi dövlətini tanıması ilə mümkün ola bilər.

Etirazlar

Ağ Ev qarşısında toplaşan bir qrup insan İsrailin baş nazirinin Fələstinlə bağlı siyasətinə etiraz olaraq aksiya təşkil edib. “Sionizmə qarşı birləşmiş yəhudilər” təşkilatından ravvin Yisroel Dovid Ueys deyib ki, siyasətçilər o qədər qorxurlar ki, dönüb arxaya baxıb dinlərin birlikdə mövcud ola biləcəyini görə bilmirlər.

“Veteranlar sülh üçün təşkilatı” vəsaitin xaricdəki ABŞ əsgərlərinin qaytarılmasına sərf edilməli olduğunu deyərək, ABŞ-ın İsrailə hərbi yardımının dayandırılmasına çağırıb.