Prezident Barak Obama Nyu-Cersi ştatına yollanır

Nyu-Cersi ştatı Sendi qasırğasının ən ağır təsirinə məruz qalan bölgələrdən biridir
Birləşmiş Ştatlar prezidenti Barak Obama bu gün təbii fəlakətdən ən çox zərər çəkmiş Nyu-Cersi ştatına gedəcək.

Adətən biri-birilərinə zidd olan Demokrat prezident Obama və Nyu-Cersi ştatının Respublikaçı qubernatorunun təbii fəlakətin dağıntılara məruz qoyduğu bölgədə görüşərək, fövqəladə hallar işçilərinə minnətdarlıqlarını bildirəcəkləri gözlənilir.

Çərşənbə axşamı ştatın qubernatoru Kris Kristi göstərdiyi səylərə görə Obama administrasiyasının fəaliyyətini yüksək qiymətləndirib.

Qasırğanın vurduğu ziyanların aradan qaldırıldığı və bərpa işlərininin başlandığı bildirilir.

İkigünlük bağlantıdan sonra Nyu York Səhm Birjası bu gün öz fəaliyyətini bərpa edib. Nyu-Yorkun üç aeroportundan ikisində məhdud sayda da olsa uçuşlar bərpa olunub. Lakin suya qərq olmuş La Guardia aeroportu hələ də bağlı qalır.

Bütün şərq sahili boyunca başqa şəhərlərdə də kütləvi nəqliyyat vasitələri, dəmiryol stansiyaları və aeroportlar xidmətləri bərpa ediblər.