Obama Konqresi avtomatik ixtisarları dayandırmağa çağırdı

ABŞ prezidenti Barak Obama Konqresi yerli və müdafiə proqramlarına 1.2 trilyon dollarlıq avtomatik ixtisarları dayandırmağa çağırıb. İxtisarlar mart ayının 1-də başlayacaq.

Bu həftə ənənəvi müraciətində ABŞ lideri deyib ki, xərclərin ixtisarı minlərlə iş yerini və milli təhlükəsizliyi təhlükə altına alır, ancaq bunun qarşısını almaq üçün Respublikaçılar kiçicik güzəştə getməsinə ehtiyac var.

Cənab Obamanın sözlərinə görə, təəssüf ki, Konqresdəki respublikaçılar zəngin amerikalılardan nəsə istəmək əvəzinə orta sinfin gəlirlərindən kəsmək qərarına gəlib.