Barak Obama ABŞ-da silahlı insidentlərin qarşısının alınmasından danışdı

Obama Strategy

ABŞ prezidenti Barak Obamanın sözlərinə görə, administrasiyası Amerikanın uşaqlarını və icmalarını silah insidentlərindən qorumaq üçün ardıcıl konkret addımlar atır.

Prezident həftəlik müraciətində bildirib ki, təcili addımlara insanların keçmişinin yoxlanması sisteminin gücləndirilməsi və Xəstəliklərə Nəzarət Mərkəzinə silahlı insidentlərin azaldılmasının yollarının tapılması barədə tapşırıq daxildir.

Cənab Obama habelə Konqresi silah alan hər bir şəxsin keçmişinin yoxlanması barədə qərar çıxarmağa çağırıb.

Prezident deyib ki, qanunvericilər hərbi tipli silahların qadağasını bərpa etməlidir.