ABŞ prezidenti bu gün miyonlarla sənədsiz mühacirin müdafiəsi ilə bağlı planını açıqlamalıdır.
Daha əvvəl Ağ Evdəki çıxışı zamanı Barak Obama mühacirət qanunlarının effektivsizliyini vurğalyıb. O, məhz buna görə Konqresdən yan keçərək təkbaşına addım atmağa məcbur olduğunu deyib.
Respublikaçı qanunvericilər prezidentin bu qərarını tənqid edərək, Konqresin təsdiqi olmadan onun mühacirət qanunlarını dəyişmək kimi bir səlahiyyətə malik olmadığını deyir.
Respublikaçıların Senatdakı lideri Mitç Makkonnel prezidentin planını onun siyasi irsinin təminat altına alınması cəhdi kimi qiymətləndirib.
Senator deyib ki, respublikaçı qanunvericilər Obamanın mühacirət planına mane olmaq üçün bütün variantları nəzərdən keçirəcək.
Bəzi respublikçaılar isə hökumətin bağlanmasının da nəzərdən keçiriləcəyini bildirir. Digərləri isə prezidentin mühacirət fondlarına müəyyən qadağalar tətbiq edilməsinə çağırır.
Barak Obamanın prezident sərəncamı 5 milyon qanunsuz mühaciri iş icazəsi ilə təmin edə bilər.
Sərəncam 2012-ci ildə imzalanan qanuna əsasən uşaq ikən Amerikaya gələnləri departasiyadan qoruyacaq.
Bu insanlar sağlamlıq sığortası da daxil edilməklə, federal imtiyazlardan istifadə edə bilməyəcək.
ABŞ dövlət başçısı sənədə sabah Nevada ştatının Las Veqas şəhərində imza atmalıdır.