Prezidentliyə namizədlər seçki nəticələrini izləyir

ABŞ prezidenti Barak Obama İlllinois ştatında, doğma Çikaqo şəhərindəki evində prezident seçkilərinin nəticəsini izləyəcək. Demokrat prezident bu seçkiləri biri-birindən tamamilə fərqli iki gələcək arasında seçim kimi səciyyələndirib.

Cənab Obama Ohayo, Viskonsin və nəhayət Ayova ştatlarında seçki nümayişlərində çıxış edib. Bu ştatlar onun 2008-ci il ilk prezident seçkilərində Demokratlar tərəfdən prezidentlik üçün namizəd seçilməsinə kömək etdi.

Bu ştatlara səfəri zamanı o, hər bir dayanacaqda seçiciləri çərşənbə axşamı seçki məntəqələrində səs verməklə Respublikaçı namizəd Mitt Romni üzərində qələbəni təmin etməyə çağırıb. Ayova ştatının Des Moines şəhərində o, seçiciləri ilk dəfə dörd illik müddətə prezident seçilərkən başladığı yolu başa çatdırmaq üçün ona kömək etməyə çağırıb.


Barak Obama: "Sabah Nyu-Hampşir qranitlərindən Kolorado qayalarınadək, Florida sahillərindən Virciniya təpələrinədək, Ohayo vadilərindən Ayova səhralarınadək biz Amerikanı irəli aparacağıq."

Seçki günündən əvvəl keçirilən onlarla müsahibə zamanı cənab Obama və onun həyat yoldaşı Mişel seçicilərin iştirakının prezident Obamanın ikinci dəfə Ağ Evə prezident seçilməsində vacibliyini dəfələrlə vurğulayıb.

Nəhayət Washington Post, ABCReuters, İPSOS seçki sorğuları cənab Obamanın iki, üç xal irəlidə olduğunu göstərib. Gallup sorğusu isə cənab Romninin bir xal irəlidə olduğunu göstərib.

Nəticələrin hər birində statistic səhvlərin olduğu deyilir. Obama campaniyasının rəsmilər erkən seçki rəqəmlərinin Obamanın xeyrinə olduğunu göstərdiyini deyib. Romninin kampaniyası daxili sorğuların onların namizədinə verilən səslərin əsas ştatlarda üstünlük təşkil etdiyini göstərdiyini deyib. Seçkilərin nəticəsini müəyyən edə biləcək Ohayo ştatında cənab Obama orta sinif vətəndaşlara kömək etməkdə qətiyyətli olduğunu təkrarlayıb. O əlavə edib ki, Mitt Romni keçmişdə slnaqdan çıxarılan, lakin iflasa uğrayan varlılar üçün mənfəətli siyasətə qayıtmaq təklifi etdiyini bildirib.


Barak Obama: "Mitt Romni işləməyən köhnə ideyaları yenidən masaya gətirmək istəyir və bunu yenilik kimi təqdim edir. O, iddia edir ki, keçmişdə işləməyən bu köhnə ideyalar yenidir və hansısa yolla bu dəfə işləyəcək. Ohayo məni dinləyin, biz bilirik dəyişiklik nədir və biz bilirik ki, onun təklif etdiyi dəyişiklik deyil."

Obama kampaniyası prezidentin seçki gününün yarısını dostları, məsləhətçiləri və kampaniyasının işçiləri ilə basketbol oynamaqla keçirəcəyini elan edib. Bundan sonra cənab Obama Çikaqoda, Hayd Parkdakı evində şam edəcək. Daha sonra o, vitse-prezident Bayden, onun ailəsi və seçki günü onua dəstək verənlərlə bərabər Çikaqonun MakKormik tədbir mərkəzində səsvermənin nəticələrini izləyəcək. Nəticələr məlum olduqdan sonra prezident Obama tərəfdarlarına müraciətlə çıxış edəcək.