İraq, Yəmən, Suriyada gedən müharibələr və İranın davranışları ilə bağlı narahatlıqlar fonunda ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanının kralı Salmanı Ağ Evdə qəbul edib.
ABŞ prezidenti İranla nüvə razılığına dair Səudiyyə Ərəbistanı kralının dəstəyini qazanıb.
Ağ Evin bildirdiyinə görə, liderlər regionda təhlükəsizlik və rifah halının qorunmasına ehtiyac olduğunu vurğulayıb.
Səudiyyə Ərəbistanı əvvəllər İranla razılığa dair narahtlığını bildiridi.
Razılıq sanksiyaların yüngülləşdirilməsi müqabilində İranı nüvə silahı istehsalından çəkindirməyi nəzərdə tutur.
ABŞ Səudiyyə Ərəbistanının Yəməndəki vəziyyət və Suriya böhranı ilə bağlı narahatlıqlarını bölüşüb.
Kral Salman yanvar ayında kral Abdullanın vəfatından sonra Amerikaya səfər edən ilk ərəb lideridir.