ABŞ-ın kəşfiyyat siyasətinin dəyişdirilməsi planı dünya liderlərini qane edəcəkmi?

FILE - The National Security Agency (NSA) campus in Fort Meade, Maryland.

ABŞ prezidenti Barak Obamanın kəşfiyyat siyasətinin dəyişdirilməsinə dair planına dünya liderləri səssiz qalmayıb. Dəyişikliklərə xarici müttəfiqlərin izlənilməsi və amerikalıların telefon söhbətlərinin dinlənilməsinə ədliyyə sisteminin müdaxiləsinə son qoyulması daxildir.

Amerikanın telefon söhbətləri, email yazımları və SMS müsajlarından məlumat topladığı Milli Kəşfiyyat Agentliyinin sabiq kontraktoru Edvard Snoudenin agentliyin materiallarının kütləvi şəkildə ictimaiyyətə bəyan etməsindən sonra bəlli olub.

Londonun İqtisadiyyat və Beynəlxalq Əlaqələr institutunun professoru Kris Braun hesab edir ki, dəyişikliklər qlobal fikri dəyişməyəcək.“Əvvəlcədən rahat olan insanları bu sözlər qane edəcək. Amma digələrini inandırmaq olmayacaq.”

Açıqlanmış məxfi sənədlər Almaniya kansleri Angela Merkel kimi xarici müttəfiq liderlərin telefon danışıqlarının izlənildiyini sübut edib. Bu isə Berlinin kəskin reaksiyasına yol açıb.

ABŞ prezidenti Barak Obama xarici iliderlərlə bağlı qərarların daha diqqətlə protokollaşdırılacağına vəd verib. Professor Kris Braun deyir ki, Obama üzr istəyib, bunun bir daha baş verməyəcəyini desə də, onları əmin edə bilməyib.

Almaniyanın Yaşıllar partiyasından qanunverici Hans-Xristian Stroebele islahatlardan razı qalmayıb və Vaşinqtondan daha artıq suala cavab verməsini tələb edir.

Xarici liderlərin izlənilməsi qanunsuzluq yox, diplomatik bir məsələdir. Bu, Amerikanın Hüquqşünaslıq Kollecinin professoru Stefen Vladekin sözləridir. “Prezident üçün ən yaxşı yol bizim xaricdəki dostlarımız və düçmənlərimizin nə düşündüyünü bilmək qabiliyyətimizi özümüzə saxlamaqdır. Almaniya, Fransa və Çin kimi ölkələri xoşagəlməz danışıqlarla təhrik etmək, onları kəşfiyyat məlumatları toplamaqla hökumətlərini tənqid etdiyimizi düşündürməmək şərti ilə."

Təhlilçilər nə qədər ki, Edvard Snouden Amerikanın Kəşfiyyat Agentliyinin fəaliyyətinə dair məxfi məlumatları yaymaqda davam edəcək, qlobal qəzəbin azalmayacağını deyir.