Barak Obama İŞİD-ə qarşı strategiyasına aydınlıq gətirəcək

ABŞ prezidenti Barak Obamanın sözlərinə görə, İslam Dövləti qruplaşması ilə nəc addım atılacağına dair "strategiya"sına bu həftə aydınlıq gətirəcək.

NBC telekanalına müsahibə verən cənab Obama deyib ki, o, məsələni müzakirə etmək üçün sentyabrın 9-da Konqres liderləri ilə görüşəcək. Daha sonra onun 11 sentyabr hadisələrinin 13-cü ildönümündən bir gün öncə xalqa müraciət edəcəyi gözlənilir.

Cənab Obama bir daha vurğulayıb ki, o, İraq quru qoşunlar göndərməyi planlaşdırmır.

ABŞ prezidentinin sözlərinə görə, İslam Dövlətinin hazırda Birləşmiş Ştatlara qarşı birbaşa təhlükə olması barədə heç bir kəşfiyyət məlumatı əldə edilməyib.

Xatırladaq ki, bəzi qanunvericilər prezidenti hava hücumu kampaniyasını genişləndirərərk Suriyadakı mövqeləri də hədəg almağa çağırır.